Tanrının icazəsi ilə Karacahisarın qapıları açıldı (fəth olundu). Zəfərlərlə dolu xəbər Əlaəddinin otağına çatdığı zaman adı çəkilən padşah Osman qaziyə müxtəlif təriflərlə birlikdə bir sancaq (bayraq), boru (şeypur) və təbil, bəzəkli gümüş kəmər, xəncər və qılınc, yəhər-yüyənli at göndərmiş, Eskişəhər və İnönünü ona verdiyi sancağın (vilayətin) mərkəzi müəyyən etmişdi.
Xoca Sadəddin Əfəndi. "Tücüt-Tevarih"
|
Bir müddət Rum (Anadolu) torpaqlarının idarəsini monqol bəyləri ələ keçirdiklərindən bu diyarın irəli gələnlərinin bir çoxu Osman xanın qoruyucu qanadları altında bir sığınacaq tapdı. Onun buyruğuna girməyi və qapısında qulluğun gərəkdirdiyi işləri əskiksiz etməyi uyğun görmüşdülər. Osman qazinin Oğuz törəsinə (adətinə) görə xan olduğu ilin bu tarixdə göstərilməsi gərəkdir.
Xoca Sadəddin Əfəndi.
"Tücüt-Tevarih"
Osman qazinin (1302-1326) güclənməsi qonşu Bizans feodallarının ona qarşı birlik yaratmalarına səbəb oldu. Bizans qüvvələrini məğlub edən Osman Bursanı mühasirəyə aldı. 12 illik mühasirədən sonra Bursa şəhəri fəth edildi. Orxan qazi şəhərin tutulması ərəfəsində vəfat edən atası Osmanı onun vəsiyyətinə əməl edərək Bursada dəfn etdirdi. |