Söyüd vilayəti bunlara qışlamaq, Domaniç dağının ətəyi yaylaq yeri kimi verildi. Ərtoğrul bunu qəbul edərək yurdlarına yerləşdi. Yaylaqlarında yaylaqlanıb, qışlaqlarında qışladılar. Ərtoğrul qazinin gəlişi ilə bu yerlərin kafirləri də tatarlardan qorunaraq rahat yaşamağa başladılar. Ərtoğrul vəfat etdikdən sonra onun yerinə oğlu Osman keçdi.
Aşıq Paşazadə. "Osman-oğullarının tarixi "
Uc bəyliyindən
sultanlığa
doğru
Ərtoğrul qazinin vəfatından sonra qayılara onun oğlu Osman başçılıq etməyə başladı. Osman qazinin qonşu Bizans feodalları ilə dinc münasibətlər qurmaq istəməsinə baxmayaraq, bizans- Qayı boyunun bayrağı |
Sultan Əlaəddin kafirlərin (bizanslıların) çoxsaylı bir ordu ilə Osman qazinin üzərinə yürüdüklərini öyrəndi. O, "tez əsgər toplansın" əmrini verdi və "Bizdə İslam qeyrəti yoxdurmu ki, o kafirlər belə bir hərəkətdə buluna bilirlər?" - dedi. Böyük bir ordu toplandı, hücum edib Qaracahisar üzərinə yürüdülər. İki gün savaş oldu. Ancaq sultana "Baymcar Tatar (Baycu noyon) gəldi, Əriklini aldı, yıxdı, xalqını qırdı və şəhəri odlara qaladı", - deyə yardım istəyənlər gəldi. (Tatarlar üzərinə getməyə məcbur olan) Sultan Əlaəddin Osmanı yanına çağıraraq qalanın fəthi üçün gətirdiyi silahların hamısını ona verdi. Sonra da "Oğul, Osman qazi! Səndə xoşbəxtlik əlamətləri çoxdur. Sənə və sənin varislərinə qarşı dura biləcək kimsə yoxdur. Mənim duam Allahın yardımı, vəlilərin hümməti, Peyğəmbərin möcüzələri ilə sənin yanındadır", - dedi.
Aşıq Paşazadə. "Osmanoğullarının tarixi"
|