|
Sultan Məlikşahın dövründə
dövlətin qüdrətinin
daha da artmasının səbəblərini
müəyyən edin.
|
Sultan I Məlikşahın keçirdiyi
hərbi islahat nəticəsində
tayfa prinsipinə əsaslanan
qeyri-nizami qoşunun əvəzinə,
nizami ordu yaradıldı.
Ticarəti canlandırmaq üçün
vahid çəki, ölçü və pul sistemi
tətbiq olundu, tacirlər bəzi
rüsumlardan azad edildi. Səlcuq
dövlətinin sərhədlərində
yerləşən torpaqlar uc, onların
sahibləri isə ucbəyi adlanırdılar.
Sultan Məlikşahın ölümündən
sonra hakimiyyət uğrunda
başlayan saray çəkişmələri
və uzunsürən ara müharibələri
Böyük Səlcuq dövlətini
zəiflətdi.
Bu dövlət artıq avropalıların
qarətçi yürüşlərinin qarşısını
ala bilmirdi. Birinci xaçlı
|
yürüşü (1096-1099) sultanlığa
xüsusilə böyük zərbə vurdu.
Xaçlı orduları Suriyanın, Fələstinin
dənizsahili ərazilərini və
Qüdsü ələ keçirdilər.
|
Sonuncu Böyük Səlcuq sultanı
Səncərin (1118-1157) hakimiyyəti
dövründə dövlətin ərazi
bütövlüyü pozularaq iki yerə
parçalandı.
|
|