Bu döyüşün nəticəsində
Anadolunun böyük bir hissəsi
səlcuqların hakimiyyəti altına
keçdi. Alp Arslan Bizans imperatoru
ilə ədalətli davranaraq
onunla müqavilə bağladı.
Müqaviləyə görə, Bizans hər
il səlcuqlara xərac verməli və
lazım olduqda hərbi yardım
göstərməli idi.
Sultan Alp Arslanın oğlu Məlikşahın
hakimiyyəti dövründə
(1072-1092) Böyük Səlcuq
dövləti özünün qüdrətli zirvəsinə
çatdı.
|
Onun hakimiyyəti dövründə Konya və Ankara şəhərləri tutuldu, Suriya və Fələstin fəth edildi. Paytaxt Reydən İsfahana köçürüldü. |
Sultan Məlikşah Qara dənizin cənub-qərb sahilləri boyu irəliləyib Bizansdan ağır xərac aldı. O öz qılıncını Qara dənizə atmış, bununla da bu ərazilərin daimi türklərin olacağını bildirmişdi. Məlikşah Qara dənizin sahillərindən götürdüyü bir ovuc qumu atası Alp Arslanın Mərvdəki məzarı üstünə səpərək demişdi : "Ata, müjdələr olsun! Oğlun dünyanın sonuna qədər hakim oldu".
İbrahim Kafesoğlu.
"Sultan Melikşah"
|