dövlət üçün bütün məsuliyyətin
Səlcuq nəslinin üzərinə düşdüyünü
bildirdi.
1043-cü ildə Səlcuq dövlətinin paytaxtı Rey şəhərinə köçürüldü. 1054-cü ildə Rəvvadiləri, Şəddadiləri və Tiflis müsəlman əmirliyini tabe edən səlcuqlar 1055-ci ildə Abbasilər xilafətinin paytaxtı Bağdada daxil oldular. Sultan I Toğrulun uğurları Bağdad xəlifəsi tərəfindən tanındı və xəlifə şəxsən onun belinə iki qılınc bağlayaraq onu "Şərqin və Qərbin hökmdarı" elan etdi. Sultan I Toğruldan sonra hakimiyyətə gələn Alp Arslanın (1063-1072) əsas məqsədi Anadoluya yiyələnmək idi. O, əvvəlcə Qafqazın Bizansla müttəfiq olan xristian hakimlərini darmadağın edib Tiflis, Ani, Qars şəhərlərini ələ keçirdi. |
1071-ci il avqustun 26-da Bizans imperatorunun orduları ilə Sultan Alp Arslanın qo- |
şunları Malazgird yaxınlığında üz-üzə gəldi. Bizans imperatorunun ordusunda 300 min nəfərdən çox döyüşçü var idi. Onların içərisində müxtəlif ölkələrdən toplanmış muzdlularla yanaşı, xristian türklər də var idi. Döyüşün gedişində Bizans tərəfindən vuruşan oğuzlar və peçeneqlər sultanın tərəfinə keçdilər. Bizans imperatoru yaralanaraq əsir düşdü. Bizans ordusunda olan ermənilər döyüş meydanından qaçdılar. |