Arxeoloji qazıntılar zamanı aşkar edilmiş yaşayış məskəni |
Antropoloq tədqiqat zamanı |
Okeaniyalı qəbilələr arasında yaşayaraq onları tədqiq edən avropalı etnoqraf
Etnoqrafiya yunan mənşəli
söz olub "etnos" xalq və
"qrafo" təsvir edirəm sözlərinin
birləşməsindən yaranmışdır.
Etnoqrafiya tayfa, xalq və
millətlərin mənşələrini, soyköklərini,
məskunlaşma bölgələrini,
məişətlərini, maddi və mənəvi
|
mədəniyyətlərini öyrənən elmdir.
Etnoqraflar hazırda ictimai
inkişafdan geridə qalmış xalqları
öyrənməklə ibtidai icma
quruluşu dövründə insanlar
arasında mövcud olmuş ictimai
münasibətlər haqqında məlumat
verirlər.
|
məskənləri, məişət əşyaları,
geyimlər, bəzəklər, nəqliyyat
vasitələri və s.) üzə çıxarır və
öyrənir. Bu araşdırmalar zamanı
arxeoloqlar insanların maddi
mədəniyyətlərinin öyrənilməsində
tarix elminə yaxından
kömək edir.
Antropologiya yunan mənşəli
söz olub, "insan haqqında
elm" deməkdir. Bu elm insanın
mənşəyi, yaş və cinslərə görə
bədən ölçülərinin fərqlilikləri,
irqlər və onların yayılma bölgələrinin
müəyyən edilməsini
öyrənir. Antropoloqlar canlı
insanların bədən ölçüləri ilə
yanaşı, həm də insan qalıqlarının
ölçülməsi və onların fiziki
quruluşunun bərpası ilə məşğul
olur.
|
Öyrəndiklərinizi yada
salıb sxem əsasında
danışın.
|
|
|
|
Sizcə, ibtidai icma quru-
luşu nəyə əsasən dövrlərə
bölünür?
|
|