Sultan Mahmud Qəznəlinin ölümündən sonra Xorasanda yerləşdiyi bölgələrdə daha ədalətli idarə sistemi qurmuş Səlcuq bəyin nəvələri Toğrul bəy və Çağrı bəy ilə qəznəlilər arasındakı münasibətlər gərginləşdi. | etmək istədikdə Toğrul bəy bunu onlara qadağan etdi. 23 may 1040-cı ildə Dəndənəkan yaxınlığında Səlcuqlular qəznəliləri ağır məğlubiyyətə uğratdılar. Xorasan bütünlükdə səlcuqluların hakimiyyəti altına düşdü. |
Sultan Toğrul Bağdad xəlifəsinə
göndərdiyi məktubda
bildirirdi:"... biz Səlcuqoğulları
daim qəzavat və cihad yolunun
öndərlərindənik. Bizim ilk
başçımız və öndərimiz olan
əmimiz İsrail və bir çox digər
qohumlarımız həbsdə qaldı...
Sultan Mahmud öləndən
sonra hakimiyyətə onun oğlu
Məsud gəldi. O, dövlət işi ilə
deyil, əyləncə və istirahətlə
məşğul idi. Nəhayət, Xorasanın
əyanları bizdən onları öz
himayələrinə almalarını xahiş
etdilər. Məsudun orduları
bir neçə dəfə bizə hücumlar
etdi... Sonda Uca Allahın və
Peyğəmbərimizin mərhəməti
sayəsində biz qalib gəldik...
İndi xalq arasında ədalətli
quruluş yaratmaqdayıq... Bizim
hakimiyyətimizin qanuni
olması üçün biz onun xəlifə
tərəfindən təsdiqini istəyirik". "Səlcuq əmirləri və hökmdarları haqqında"
|
||
"Nişapur əhalisini var-yoxdan çıxaran Qəznəvi subaşısı sultan xəzinəsinə çatacaq vergini ödəyə bilməməsinin günahını Səlcuqoğullarının boynuna qoydu. O, sultana yazdığı məktubda bildirirdi: "Bu səlcuqların qılıncları da dilləri kimi itidir. Onlar iti qılıncları ilə torpaqlar tutur... Səlcuqlular ürəkləri döyüşlərdə möhkəmlənmiş adamlardır. Onlar ölümə fikir vermir, təhlükədən qorxmurlar. Onların əllərindəki ox və nizələrin çoxluğundan onlara gedən yol çox daralmışdır. Səlcuqlar içərisində qəhrəmanlar vardır ki, ölümü elə salamlayırlar, sanki insan nəslindən deyillər".
Sədrəddin əl-Hüseyni. "Səlcuq əmirləri və hökmdarları haqqında"
|
||||
Xorasandakı şəhərlərin əhalisi Səlcuqoğullarından onları da himayə etmələrini istədi. 1038-ci ilin yayında Nişapura daxil olan Səlcuqlu döyüşçüləri şəhəri qarət | Səlcuqlar üçün Azərbaycan, İran və İraqa gedən yol açılmış oldu. Bu qələbədən sonra Mərvdə çağırılan böyük qurultayda sultan elan edilən Toğrul yaradılan |