axın və Orta Şərq, eləcə də dünya tarixində böyük rol oynamış bu dövlət Oğuzların Qınıq boyundan olan Səlcuq bəyin şərəfinə belə adlandırılmışdır. Səlcuq bəyin atası Tokak Oğuz dövlətində türklərdən ibarət qoşunun başçısı idi. |
"Bir dəfə Oğuz yabqusu müsəlmanlara qarşı yürüş təşkil edərkən Tokak onu bu hərəkətdən çəkindirmək istədi. Mübahisə zamanı yabqu Tokakı qılıncla yaraladı, Tokak isə onu toppuzla vurub atdan saldı. Bu hadisə yabqunu müsəlmanlar üzərinə hücumdan çəkindirdi. Kaftar kimi öz yuvasına çəkilən yabqu etdiyi hərəkətdən utanaraq Tokakdan üzr istədi. Tokakın oğlu Səlcuq yetkinlik yaşına çatdıqda yabqu türklərə başçılığı ona tapşırdı. Yabqunun arvadı tez-tez öz ərinə Tokakoğlu Səlcuqdan çəkinməyi, ona möhkəmlənməyi qadağan etməyi təlqin edirdi. Bu fikrini Səlcuqdan da gizlətməyən qadın onun yanında yenə ərinə dedi: "Mülk elə ənamdır ki, onu bölmək olmaz. Səlcuğu məhv etməsən, hakimiyyət bulağın təmizlənməyəcək". Bunu eşidən Səlcuq 935-ci ilin mayında öz atını yəhərlədi və ordusu ilə İslam ölkəsinə gəldi. 962-ci ildə Səlcuq bəy Cənd vilayətinə yerləşdi. Bir gecə o, yuxusunda gördü ki, tonqalından qopan qığılcımlar həm Şərqə, həm də Qərbə doğru uçur. O, səhərisi günü münəccimlərdən bu yuxusunu yozmağı xahiş etdi. Münəccim dedi: "Sənin nəslindən olanlar çox uzaq ölkələrə hökmran olacaqlar".
|