Memarlıq və
incəsənət
Xilafət dövründə memarlıq çox inkişaf etmişdi. Yeni şəhərlər salınır, əsil sənət əsəri olan memarlıq abidələri inşa olunurdu. Tikililər içərisində əsas yeri məscidlər tuturdu. Samirə şəhərindəki Ulu məscid dövrün gözəl memarlıq nümunəsi idi. |
||||||
Kitabların üzünün köçürülməsi nəticəsində xəttatlıq sənəti inkişaf etməkdə idi. Xilafət dövründə vahid İslam mədəniyyətinin formalaşması nəticəsində müsəlman ölkələri dünyanın ən qabaqcıl ölkələri hesab olunurdu.
Orta əsrlər memarlığının inkişafında Bizansın özünəməxsus yeri vardır. İmperator Yustinianın əmri ilə Konstantinopolda tikilmiş Müqəddəs Sofiya məbədi Bizans memarlığının möhtəşəm nümunəsidir. İmperator Yustinianın əmri ilə beş il ərzində inşa olunmuş Müqəddəs Sofiya |
məbədinin
tikintisinə on min adam
cəlb olunmuşdu. İmperator
buranı baş məbədə çevirmək
istəyirdi. Dördkünc əsas binanın
üzərində nəhəng günbəz vardır.
Məbədin iç divarları və sütunlarına
müxtəlif rəngli mərmərdən
üz çəkilmiş və mozaikalarla
bəzədilmişdir. Onu "Möcüzələr
möcüzəsi" adlandırırlar. Osmanlılar
Konstantinopolu ələ keçirdikdən
sonra məbədi məscidə
çevirdilər.
Qərbi Avropa memarlığında
Böyük Karl imperiyasının paytaxtı
Aahen şəhərində inşa olunan
Baş kilsə xüsusi yer tuturdu.
|
Yerəbatan su anbarı Aya
Sofiyanın cənub-qərbində
yerləşir. Bizans imperatoru
Yustinianın hakimiyyəti dövründə
tamamlanan su anbarı
suyun içindən yüksələn
mərmər sütunlara görə xalq
arasında "Yerəbatan saray"
adlandırılmışdır. Anbarın
uzunluğu 140 metr, eni təxminən
70 metrdir. 52 pilləli
daş bir nərdivanın endiyi bu
anbarın içərisində hər biri
9 metr hündürlüyündə 336
sütun vardır. Sütunlar bir-birinə
4,80 metr məsafədə
inşa olunmuşdur. 12 sıranın
hər birində 28 sütun yerləşir.
Anbarın divarlarının qalınlığı
4 metrdən artıq olub üzü
su keçirməyən materialla
suvanmışdır. Ərazisi 9800
m2 olan anbar 100 min tona
yaxın su saxlama imkanına
malik idi. Osmanlı dönəmində,
demək olar ki, istifadəsiz
qalan anbar hazırda muzeydir.
|
||||