IX yüzillikdə Konstantinopolda məşhur alim Lev Matematikin dərs dediyi ali məktəb bütün Avropada məşhur idi. Bu alim imperator sarayında su mühərriki ilə işləyən lift düzəltmişdi. 1045-ci ildə Konstantinopolda universitet açıldı. Burada hüquq və fəlsəfə fakültələri fəaliyyət göstərirdi. VII yüzillikdə ixtira edilən "Yunan alovu" Bizans ordusunun qüdrətini xeyli artırmışdı. |
Antik dünyadan orta əsrlərə keçid dövründə Qərbi Avropada mədəniyyət tənəzzül etdi. Savadlı adamlar, əsasən, din xadimləri idilər. Kilsə məktəblərində dərs latın dilində keçirilirdi. Bu dildə isə o zaman heç bir xalq danışmırdı. Frank imperatoru Böyük Karl təhsilə, elmə və mədəniyyətə böyük diqqət göstərir, məktəblər açdırır, müxtəlif ölkələrdən saraya savadlı adamlar dəvət edir, paytaxt Aahendə daşdan saraylar və kilsələr tikdirir, kilsə və monastırlarda müqəddəs kitabların üzünü köçürtdürürdü. Mətnlər çox zaman quş lələyi ilə perqament üzərində |
yazılırdı. Böyük Karl Aahen
şəhərində ədəbi dərnək - "Saray
akademiyası" yaratmışdı. Onun
tədbirləri nəticəsində mədəniyyətdə
yüksəliş baş verdi. Frank
imperiyasının tənəzzülünə qədər
davam etmiş bu dövrü "Karolinq
oyanışı" adlandırırlar.
|
Saray akademiyasının
başçısı
Alkuinin (IX əsr)
Qrammatika
dərsliyindən
Hərf nədir? - Tarixin keşikçisidir. Söz nədir? - Ruhun dönüklüyüdür. İnsan nəyə bənzəyir? - Kürəyə. Sözü nə yaradır? - Dil. Dil nədir? - Havadan gələn bəladır. Hava nədir? - Həyatı qoruyandır. Həyat nədir? - Xoşbəxtlər üçün bir sevinc, bədbəxtlər üçün kədərdir - ölümü gözləməkdir. |