Bağdadda yaradılmış "Bilik
evi"ndə çoxlu əlyazmalar
saxlanılırdı. O dövrün məşhur
elm mərkəzlərindən biri də
Kordova xilafətində fəaliyyət
göstərirdi.
Buradakı təhsil ocaqlarında
müsəlmanlarla yanaşı, müxtəlif
Avropa ölkələrindən gəlmiş
gənclər də təhsil alırdı.
|
Antik dövr mədəniyyətinə
maraq göstərilməsi nədən
irəli gəlirdi?
|
|
Geniş ərazili xilafətdə təsərrüfatın
inkişafı, böyük şəhərlərin
olması və İslam dininin yayılması
mədəniyyətin inkişafına
təkan verdi.
Məktəb və mədrəsələrdə dini
dərslər verilməklə yanaşı, dünyəvi
elmlər də tədris olunurdu.
Əl yazısı ilə meydana gələn
kitablar mədrəsələrin zəngin
kitabxanalarını bəzəyirdi. Sonralar
isə Avropada mədrəsələrin
nümunəsində ali məktəblər
yaradılacaqdı.
|
|
Təhsilin inkişafı nəticəsində
elmi biliklər sürətlə yayılırdı.
Xilafətdə elmi biliklərin bir çox
sahələri inkişaf edirdi. Sənətkarlıq
və ticarətin inkişafı da buna təsir
göstərirdi. Hind rəqəmlərindən
istifadə edən ərəblər cəbr elminin
əsasını qoydular.
Mədəniyyət və ticarət mərkəzləri
olan iri şəhərlərdə məşhur
alimlər yaşayırdı. Elmi fəaliyyətləri
ilə bütün dünyada şöhrət
qazanmış türk-müsəlman alimlərindən
Fərabi, Əbu Reyhan
əl-Biruni və Avropada Avisenna
kimi tanınan İbn Sinanın adını
çəkmək olar. Ərəb xilafətində
astronomiya, coğrafiya, tarix,
məntiq, fəlsəfə, cəbr və tibb elmləri
inkişaf edirdi. Tarix elminin
inkişafında Bəlazuri və Təbərinin
xüsusi xidmətləri olmuşdur.
Ərəb ədəbiyyatının "qızıl dövrü"
Abbasilər xilafətinin hakimiyyəti
dövrünə təsadüf edir. Ərəbdilli
ədəbiyyatın inkişafında xilafətə
daxil olan bütün xalqların nümayəndələri
iştirak edirdilər.
|
Türk-islam dünyasında
elmi tərəqqinin səbəblərini
araşdırın.
|
|