Türk yazılarının oxunmasında
danimarkalı alim Tomsen və rus
alimi Radlovun böyük xidmətləri
olmuşdur. Qədim türk
xaqanlığının tarixini öyrənmək
baxımından bu gün də hər
hansı bir türk xalqı, türk milləti
üçün əhəmiyyətli olan bu abidələr
yüksək kamillik zirvəsinə
yetmiş türk mədəniyyətinin,
dövlətçilik tarixinin və türk hərb
sənətinin qan yaddaşıdır.
İslamaqədərki dövrdə türk
xalqları Göy Tanrı dininə inanırdı.
Orxon-Yenisey abidələrində
də türkün tanrı övladı olması
inamı və türklərin tanrı himayəsində
yaşaması etiqadı öz
əksini tapmışdır.
|
Orxon-Yenisey abidələrinin türk xalqlarının tarixinin
öyrənilməsi baxımından
nə kimi əhəmiyyəti
vardır?
|
Türklərin özünəməxsus təqvimləri
olmuşdur. Əvvəllər vaxtı yalnız
otların rəngi ilə müəyyən edən
türklər sonralar "Heyvan təqvimi" ni
qəbul etdilər. Bu təqvimə
görə, hər il ayrı-ayrı heyvan
adını (it, qoyun, ilan və s.) daşıyır
və bu, on iki ildən bir təkrar
olunurdu. Türklər həm də "canlı
xronologiya'dan istifadə edirdilər.
|
Orta əsrlərdə türk xalqlarının
mədəniyyətinin inkişafı İslam
dini və ərəb dilinin yayılması
ilə sıx bağlı idi. İslamın yayıldığı
ərazilərdə ərəb dili elmi və
ədəbi dilə çevrilmişdi. Dövlət
işləri ərəb dilində aparılır,
məktəblərdə ərəb dili tədris
olunur, dini ibadətlər bu dildə
yerinə yetirilirdi. Qədim Avropa
və Şərq xalqlarının mədəniyyəti
öyrənilir, müxtəlif dillərdə
olan elmi və ədəbi əsərlər ərəb
dilinə tərcümə edilirdi. Antik
dövrdə yazılmış əsərlər tərcümə
olunaraq geniş yayılırdı.
|
|
İslam dininin təhsilin
inkişafındakı rolu nədən
ibarət olmuşdur?
|
|
|