dövründə yaşadı. Onun dövründə
inşa olunmuş Müqəddəs
Sofiya məbədi Bizans imperiyasının
"qızıl əsri"nin rəmzi hesab
olunur. Onun dövründə qəbul
edilən "Yustinian məcəlləsi"
isə əsrlərlə Avropada Roma
hüququnun əsas mənbəyi olaraq
qaldı. Burada qanuna görə
sosial və etnik mənşəyindən
asılı olmayaraq, bütün xristian
təbəələri bərabərhüquqlu idi.
Hər kəsin ali məhkəmə orqanlarına
müraciət etmək hüququ,
torpaq üzərində xüsusi mülkiyyət
hüququ var idi. Qanunda
imperatorun qeyri-məhdud
hakimiyyəti, dövlət və kilsənin
möhkəm ittifaqı və s. məsələlər
də öz əksini tapmışdı.
Yustinianın əsas məqsədi Qədim Roma imperiyasının sərhədlərini bərpa etmək idi. İmperator işğalçılıq siyasətinə Şimali Afrikadakı Vandal krallığının tutulması ilə başladı. Daha sonra İtaliyadakı Ostqot krallığı və İspaniyanın cənub-şərq ərazilərini ələ keçirdi. |
İmperatorun
ilahiləşdirilməsi
İmperatorun ilahiləşdirilməsi
rəsmi mərasimlərdən tutmuş
gündəlik həyata kimi bütün
məsələlərdə öz əksini tapırdı.
Onların hakimiyyəti və
var-dövləti rənglərdə də simvolizə
edilirdi. Qızılı və purpur
rəngləri imperator ailəsinə
məxsus idi. Hətta imperatorun
istifadə etdiyi mürəkkəb belə
purpur rəngində idi. İmperator
sarayının işlənməsi zamanı
qırmızı rəngdə olan nadir porfir
daşından istifadə olunurdu.
İmperator uşaqları sarayın
porfir otaqlarında dünyaya gəldiyindən onları "porfirogenet"
adlandırırdılar.
|