Erkən orta əsrlərdə Bizans özünün
zərgərlik məmulatları, silah,
şüşə, ipək və müxtəlif ağac,
sümük işləmə məmulatları ilə
şöhrət qazanmışdı. Ticarətin və
sənətkarlığın inkişafı şəhərlərin
çiçəklənməsinə səbəb olurdu.
Bizans ərazisində 1000-dən
çox şəhər var idi. Ona görə də
ona "şəhərlər ölkəsi" deyirdilər.
Ən böyük şəhəri Konstantinopol
idi. Bu şəhəri "Qızıl körpü"
adlandırırdılar. İqtisadi cəhətdən
ölkənin ən güclü ərazisi barbar
tayfaların hücumlarına məruz
qalmayan Şərq əyalətləri idi.
|
Dövlətin başçısı olan imperator, eyni zamanda, kilsə başçısı idi. O bütün xristian dünyasının yeganə qanuni hakimi iddiası ilə çıxış edirdi. İmperator qeyri-məhdud hakimiyyətə malik idi. Xarici dövlətlərlə əlaqələr quran imperator qanunlar verir, ali hakim rolunu oynayır və orduya rəhbərlik | edirdi. Bacarıqlı diplomat olan Bizans imperatorları barbar tayfalarından olan qotları Qərbə axın etməyə yönəldə bildilər. Ölkə ərazisində məskunlaşan qotlar, slavyanlar və digər tayfalar isə müttəfiq mövqeyindən çıxış edərək dövlətin siyasi quruluşuna təsir etmədilər. | Bizansın ən təhlükəli rəqibi Şərqdə Sasani dövləti idi. İmperator Yustinianın (527-565) dövründə Sasani dövləti ilə aramsız müharibəyə 532-ci ildə imzalanmış sülh müqaviləsi ilə son qoyuldu. Şərqi Roma imperiyası qüdrətli çağlarını imperator Yustinianın |