izans imperiyası
(Şərqi Roma) Qədim
Roma imperiyasının
parçalanması nəticəsində
yaranmışdı. Xalqların
böyük köçü nəticəsində Bizans
dövləti ərazisinin çox hissəsini
itirsə də, varlığını qoruyub saxlaya
bildi. İmperiyanın ərazisi ilk
dövrlərdə üç qitədə yerləşirdi.
Əhalisinin çox hissəsini yunanlar
təşkil etdiyindən yunan dili
dövlət dilinə çevrilmişdi.
Qızıl körpü
Ölkənin əlverişli coğrafi mövqedə yerləşməsi ticarətin inkişafını şərtləndirirdi. Şərqdən Qərbə, Afrikadan Avropaya gedən ticarət yolları Bizans ərazisindən keçirdi. Ölkənin paytaxtı Konstantinopol bu ticarət yollarının, eləcə də Aralıq dənizindən Qara dənizə keçən yolların kəsişməsində yerləşirdi. Çindən Avropaya gedən Böyük İpək yolu da Bizans ərazisindən keçirdi. Bizans qızıl pulu bir çox Afrika, Avropa və Asiya ölkələrində istifadə olunurdu. Ticarətin inkişafı ölkədə sənətkarlığın inkişafına şərait yaradırdı. |
Konstantinopol
haqqında
XII yüzillikdə yaşamış səyyahın gündəliyindən:
Deyirlər, bazarın və dükanların
icarəyə verilməsindən, quru
və dəniz yolu ilə şəhərə gələn
tacirlərdən alınan vergilərdən
əldə edilən təkcə bu şəhərin
gəliri gündəlik 20 000 qızıl pula
çatır. Bu ölkənin sakinləri olan
yunanlar qızıl və mirvari ilə
çox zəngindirlər. Onlar knyaz
övladları kimi qızılla işlənmiş
bahalı ipək parçalarda at belində
gəzirdilər.
|