Feodalizm cəmiyyətində sosial təbəqələr
|
Şəkillər əsasında Orta əsrlərdə Avropada mövcud sosial
təbəqələr və onların həyat tərzini şərh edin.
|
Yeni sosial nizam: Feodalizm
Kral hərbi və digər xidmətlər
müqabilində yaxın adamlarına
feod adlanan torpaqlar
verirdi. Bu torpaqların sahibi
isə feodal adlanırdı. Beləliklə,
tədricən feodal münasibətləri
yarandı.
Feodal quruluşu hüquq və öhdəliklərə
əsaslanırdı. Feodalizm
torpağa əsaslanan sosial-iqtisadi
və siyasi sistem idi.
|
Avropada əhalinin böyük əksəriyyəti
təhkimli kəndlilər idi.
Onlar yaşadıqları ərazini tərk
edə bilməzdilər. Torpağa bağlı
olsalar da, qul deyildilər.
Malikanə sistemi əsas iqtisadi
quruluş olub, feodal və kəndlilər
arasında bir sıra hüquq və
öhdəliklərə əsaslanırdı. Ağa
kəndliləri mənzil, əkin sahələri
ilə təmin etməli idi. Bunun
|
|
müqabilində kəndlilər ağanın
torpaqlarını əkib-becərir,
heyvanlarını otarır və başqa
işləri görürdülər. Qadınlar ərləri
ilə birlikdə təsərrüfat işlərində
iştirak edirdilər.
Malikanə, əsasən, özünü təmin
edən bir icma idi. Kəndlilər özlərinin
və ağalarının gündəlik
həyatı üçün lazım olan hər şeyi
istehsal edirdilər. Yalnız kənardan
duz, dəmir və s. əşyalar
alınırdı.
Ağaya ödənən vergilərdən
əlavə, kəndlilər gəlirlərinin
onda birini kilsəyə verməli
idilər. Kəndlilər bir və ya iki
otaqlı komalarda yaşayırdılar.
Onların yeməyi, əsasən,
tərəvəz, arpa çörəyi, taxıl,
pendir və şorbadan ibarət
idi. Uşaqlar erkən yaşlardan
tarlada və ya evdə işləməyə
başlayırdılar. Bir çox uşaqlar
yetkinliyə qədər sağ qalmırdı.
Xəstəlik və qida çatışmazlığı
orta əsr kəndliləri üçün daimi
bəlalar idi. Orta ömür uzunluğu
təxminən 35 il idi.
Yaşadıqları çətinliklərə baxmayaraq,
kəndlilər orta əsrlərdəki
əksər xristianlar kimi, insanın
cəmiyyətdəki yerinin Tanrı
tərəfindən müəyyən edildiyinə
inanırdılar.
Orta əsrlərdə davamlı olaraq
bir-biri ilə vuruşan zadəganların
ədavəti Avropanı əsrlər
boyu parçalanmış vəziyyətdə
saxladı.
Feodallar müharibə yolu ilə
öz mülklərini müdafiə etdilər,
yeni ərazilər ələ keçirdilər və
sərvətlərini artırdılar.
|