Böyük Karl
imperator olur Frank krallığının ən məşhur hökmdarı Böyük Karl (768- 814) olmuşdur. Onun hakimiyyəti dövründə Frank krallığının ərazisi xeyli genişləndi. Bu ərazi Qərbi və Mərkəzi Avropanın çox hissəsini əhatə edirdi. Böyük Karl İspaniyada ərəblərlə müharibə apardı, işğal etdiyi ərazilərdə xristianlığı yaydı. Roma imperiyasından sonra ilk dəfə Qərbi Avropanı yenidən birləşdirdi. 800-cü ildə Böyük Karl Roma papası tərəfindən imperator elan edildi. |
Böyük Karlın tacqoyma mərasimi Roma, xristian və alman aləminin bir araya gəlməsini simvolizə edirdi. Artıq Avropada yeni sivilizasiya yaranmışdı. |
Verden
müqaviləsi Frank imperiyası Böyük Karlın ölümündən qısa müddət sonra parçalanmağa başladı. 843-cü ildə Verden müqaviləsi ilə imperiya Böyük Karlın nəvələri arasında üç böyük hissəyə bölündü. Beləliklə, sonralar Fransa, Almaniya və İtaliya adlanan dövlətlər yarandı. Nəticədə mərkəzi hakimiyyət zəiflədi. Güclü hökmdarların olmaması yeni idarəçiliyin yaranmasına və feodal dağınıqlığına gətirib çıxardı. |