Germanlar Roma şəhərində
Məhkəmə dəlillər əsasında
qərar qəbul edirdi. Alman
hüququ isə şəxsi xarakter
daşıyır, qan davası və qisasa
əsaslanırdı. Tədricən qan tökülməsinin
qarşısını almaq üçün
cəriməyə əsaslanan yeni sistem
yarandı. Günahkar yaraladığı
və ya öldürdüyü şəxsin ailəsinə
müəyyən məbləğ ödəməli idi.
Bu ödəniş sosial statusa görə
dəyişirdi. Zadəganların bir
üzvünə qarşı edilən cinayət adi
bir insana və ya qullara qarşı
edilən cinayətdən xeyli baha
başa gəlirdi.
|
Frank krallığı
German tayfalarının yaratdığı
dövlətlərdən biri indiki Fransa
və Almaniyanın qərbini əhatə
edən Frank krallığı idi. Frank
krallığı V yüzilliyin sonunda tayfa
başçısı Hlodviq tərəfindən
quruldu. Hlodviq hakimiyyətini möhkəmləndirmək məqsədilə
xristianlığı qəbul etdi.
Hlodviq
|
|
Hakimiyyəti möhkəmləndirmək
məqsədilə dini
amildən istifadəni necə
dəyərləndirirsiniz?
|
Vilayətləri kralın nümayəndələri
olan qraflar idarə edirdilər.
Hlodviqin varislərinin dövründə
kral hakimiyyəti tədricən zəiflədi.
VIII yüzilliyin birinci yarısında
kral sarayının baş məmuru olan
Karl Martel orduya rəhbərliklə
yanaşı, həm də dövləti
kralın adından idarə edirdi. O,
732-ci ildə Puatye döyüşündə
ərəb qoşunlarını məğlub etdi.
Ərəblərin Avropada irəliləməsinin
qarşısı alındı. Karl Martel
müşahidə etmişdi ki, müsəlman
süvariləri döyüşlərin gedişatını
dəyişdirir. Nəticədə o, zirehli
atlılardan və ya cəngavərlərdən
ibarət Frank qoşunlarını təşkil
etdi. Bu döyüş Avropa xristianları
üçün çox əhəmiyyətli idi.
Ərəblər qalib gəlsə idi, Qərbi
Avropa müsəlman imperiyasının
bir hissəsi ola bilərdi.
|