Xəritə əsasında Qərbi Avropada siyasi vəziyyəti təhlil edin. |
İşğallar və daimi müharibələrin nəticəsində Avropada baş verən dəyişiklikləri cədvəl şəklində təsnif edin. |
Alman
cəmiyyəti Sərhədlərin dəyişməsi ilə birlikdə idarəetmə qaydaları da dəyişdi. Dövlət hakimiyyətinə və yazılı qanunlara sadiqlik Roma cəmiyyətinə xas idi. Ailə bağları və şəxsi sədaqət isə german cəmiyyətinin xüsusiyyətləri idi. |
Romalılardan fərqli olaraq, german xalqları yazılmamış qayda və ənənələrlə idarə olunan kiçik icmalarda yaşayırdı. Zaman keçdikcə germanlar və romalılar arasında əlaqələrin dərinləşməsi nəticəsində | yeni bir cəmiyyət yaranmağa başladı. German tayfalarının bəzi adətləri bu cəmiyyətdə mühüm rola malik oldu. Roma sistemində adam öldürmək cəmiyyətə və ya dövlətə qarşı cinayət hesab edilirdi. |