Kiçiyimizin halına acımayan, böyüyümüzü saymayan, ona yaxşılıq
etməyən, pislikdən əl çəkməyən bizdən deyildir... Məhəmməd peyğəmbər Nə söylədiyini, nə zaman və kimə söylədiyini gərək yaxşı biləsən ... Xəlifə Əbubəkr Ədalət olmadıqca idarəçiliyin, ədəb olmadıqca ləyaqətin, səxavət olmadıqca zənginliyin faydası olmaz... Xəlifə Ömər Keçmişdən dərs alıb, xeyirxah işlər görməyə çalışın... Xəlifə Osman Bilik heç bir sərvətlə satın alınmaz. Buna görə cahil nə qədər zəngin olursa-olsun, ən kasıb alimlə belə müqayisəyə gəlməz. Xəlifə Əli
|
Dövlət dili ərəb dili idi. Pul vahidləri kimi, əsasən, qızıl dinardan və gümüş dirhəmdən istifadə olunurdu. Əsas vergi olan xərac torpaqdan Əsas vergi olan xərac torpaqdan istifadə müqabilində alınırdı. İslamı qəbul etməyən 15 yaşından 60 yaşına qədərki kişilərdən cizyə alınır və bunun müqabilində onlar hərbi | xidmətdən azad edilirdilər. Hər bir müsəlman daşınan əmlakın beşdə biri qədər xüms və daşınmayan əmlakın dəyərinin qırxda biri qədər zəkat ödəməli idi. İlk xəlifələr dövründə toplanan bu vergilər yoxsulların ehtiyacı üçün xərclənsə də, sonralar xəlifə xəzinəsinə toplanırdı. Bölgələrdə əmirlərin hakimiyyətlərinin güclənməsi və xalqın |
narazılığının artması nəticəsində
IX yüzillikdə Misir, Mərkəzi
Asiya, Azərbaycan, İran və
Əfqanıstan Bağdad xilafətindən
ayrıldı.
Xilafətin dağılmasında
Azərbaycanda yayılan Xürrəmilər
hərəkatının da böyük rolu
olmuşdur.
|