Xəlifə Əlinin (656-661)
hakimiyyəti illərində vergilərin
azaldılması ərəb əyanları tərəfindən
hiddətlə qarşılandı və
daxili çəkişmələr gücləndi.
İlk xəlifələr dövründə dövlətin
paytaxtı Məkkə və Mədinə
şəhərləri idi.
Hakimiyyətə Əməvilər sülaləsinin
(661-750) nümayəndəsi
Müaviyə gəldi. Dövlətin paytaxtı
Dəməşq (Şam) şəhərinə
köçürüldü. Şimali Afrikanı
tamamilə ələ keçirən ərəblər
711-ci ildə Cəbəllüttariq boğazını
keçərək Pireney yarımadasının
xeyli hissəsini tutdular.
732-ci ildə Puatye yaxınlığındakı
döyüşdə qalib gələn franklar
Xilafət qoşunlarının Qərbi Avropanın
içərilərinə doğru yürüşlərinin
qarşısını aldılar.
|
Şərq istiqamətində hücumlarını
davam etdirən ərəblər
Mərkəzi Asiyada və Hindistan
yarımadasının şimal-qərbində
xeyli ərazi ələ keçirdilər.
Xilafətin ərazisi Atlantik okeanı
sahillərindən Çinə və Hindistana
qədər uzanırdı.
|
Ərəb dövlətinin qısa müddətdə geniş ərazini imperiyaya
çevirməsinə hansı
amillər səbəb olmuşdur?
|
İlk xəlifələr dövründən fərqli
olaraq Əməvilər ərəb olmayan
müsəlmanlara qarşı ayrı-seçkilik
siyasəti yürüdürdü. Bu onlara
qarşı narazılığın tədricən
artmasına səbəb olurdu.
Mərkəzi Asiyada Əməvilərin
bu siyasətinə qarşı üsyan qaldırmış
Əbu Müslümün köməyi
|
ilə 750-ci ildə xilafətdə
hakimiyyətə Abbasilər nəslinin
nümayəndələri gəldilər. Abbasilərin
hakimiyyətini qəbul
etməyən Əməvilər Pireney yarımadasında
Kordova xilafətini
yaratdılar.
Abbasilər sülaləsinin hakimiyyəti
dövründə (750-1258)
paytaxt Bağdada köçürülmüşdü.
Ona görə Abbasilər
sülaləsinin idarəçiliyi dövrü
bəzən Bağdad xilafəti də adlandırılır.
Xilafət torpaqları inzibati
cəhətdən əmirliklər adlanan
vilayətlərə bölünmüşdü.
|
Sizcə, xilafətdə müxtəlif
torpaq mülkiyyəti formalarının
olması nədən irəli
gəlirdi?
|
|