|
İlk 4 xəlifənin hakimiyyət illəri
(632-661) "Rəşidi xəlifələr"
("doğru yolda olan" deməkdir)
dövrü adlanır. İlk xəlifələrin
hakimiyyətləri illərində çoxsaylı
müsəlman orduları Ərəbistan
yarımadasını tamamilə fəth
etməklə yanaşı, həm də qonşu
dövlətlər üzərinə yürüşlərə
başladı. Əsasını yüngül silahlanmış
çevik atlı dəstələr təşkil
edən İslam orduları bir-biriləri
ilə müharibədə zəifləmiş Bizans
və sasanilər üzərində parlaq
qələbələr qazandı. Bizansın
əlində olan Fələstin, Suriya və
|
Misiri fəth edən müsəlmanlar
Şimali Afrikada xeyli ərazilər ələ
keçirdilər.
İslam ordusuna güclü müqavimət
göstərməsinə baxmayaraq,
Sasani dövləti süquta
uğradı. Cənubi Qafqaza
yürüş edən ərəblər burada
Xəzər xaqanlığının orduları ilə
toqquşdular.
|
Sizcə, nə üçün Peyğəmbərdən
sonra hakimiyyətdə
olmuş xəlifələrdən yalnız
ilk dördü doğru yolda olan
adlanır?
|
|