Məhəmməd İslam dininin
peyğəmbəridir. Uşaq vaxtından
yetim qalan Məhəmmədi
yaxın qohumları böyütmüşdür.
Yeniyetmə yaşlarından
ticarət karvanları ilə müxtəlif
ölkələrə səyahət edən
Məhəmməd sonradan özü də
ticarətlə məşğul olmuşdur.
610-cu ildə Hira mağarasında
Məhəmmədə peyğəmbərlik
verilmiş və üç il sonra o,
İslam ("Allaha təslim olma",
"salamatlığa çatma", "sülh"
mənalarını verir) dinini təbliğ
etməyə başlamışdır.
İslam dininin təbliği Məkkə
əyanlarının qəzəbinə səbəb
olduğundan Məhəmməd
peyğəmbər öz tərəfdarları ilə
birlikdə 622-ci ildə Yəsribə
köçmüşdür (hicrət etmişdir).
Bu hadisə İslam tarixinin başlanğıcı
hesab edilir.
Məhəmməd Yəsribə köçdükdən
sonra şəhər "Mədinə",
yəni "Peyğəmbər şəhəri"
adlandırılmışdır. Müqəddəs
kitabı "Quran" ("oxumaq"
deməkdir) olan İslam dinini
|
qəbul edənlər müsəlman
("Allaha təslim olmuş", "salamatlığa
çatmış") adlanır.
"Quran" 114 surədən ibarətdir.
Müsəlman hüquqşünasları
bu surələr əsasında İslam"
hüququnu - "Şəriət qanunları nı"
işləyib hazırlamışlar.
Mədinəlilərlə qarşıdurmalarda
uğursuzluqla qarşılaşan məkkəlilər
630-cu ildə sülh müqaviləsi
imzaladılar. Məhəmməd
peyğəmbər Məkkəyə qayıtdı
və Kəbəni bütlərdən təmizləyərək
onu Allahın məbədi
elan etdi. Məhəmməd yeni
dinin peyğəmbəri olmaqla yanaşı,
həm də Ərəb dövlətinin
başçısı oldu.
Şəxsi mülkiyyət toxunulmaz elan
olundu. Vərəsəlik, evlənmək,
boşanmaq və digər hüquqlara
aydınlıq gətirildi. Pis əməllər
(qumar oynamaq, sələmçilik,
fala baxmaq və s.) günah sayılaraq
qadağan edildi.
|
Hansı amillər ərəb dövlətinin
dini dövlət olduğunu
sübut edir?
|
|
Xilafətin
yaranması,
yüksəlişi və
parçalanması
Məhəmməd peyğəmbərin vəfatından
sonra yenicə yaranmış
dövləti "müavin", "davamçı"
mənalarını verən xəlifələr idarə
etməyə başladılar. Xilafət tarixi
3 mərhələyə ayrılır:
|