6 ay ərzində Türküstanı fəth edən Oğuz xaqan Qur dağlarından keçərkən güclü qar yağdı. Xaqan ordusuna irəliyə doğru yürüməyi əmr etdi. Yaz gəldikdə orduya baxış keçirən Oğuz xaqan döyüşçülərinin çatışmadığını gördü. Bir neçə gün keçdikdən sonra itkin düşmüş döyüşçülər xaqanın hüzuruna gələrək söylədilər: "Biz qoşunun arxasınca gəlirdik. Güclü qar yağdığından irəliyə doğru gələ bilmədik. Dəvələrimiz və atlarımız donvurmadan məhv olduqlarından biz buraya piyada gəlib çıxdıq". Oğuz xaqan onların "qarlıq" deyə çağırılmalarını buyurdu.
Qəznəli dövləti
IX yüzilliyin ortalarından başlayaraq
islam dünyasının siyasi
həyatında türk sülalələri aparıcı
rol oynamağa başladı. Abbasilər
xilafəti zəiflədikcə onun
ərazilərində türklər tərəfindən
idarə olunan müsəlman-türk dövlətləri yaranmağa başladı.
Belə dövlətlərdən biri də 962-ci
ildə türk sərkərdəsi Alptəkin
tərəfindən indiki Əfqanıstanın
cənubunda qurulmuş Qəznəli
dövləti idi.
|
XI yüzilliyin 30-cu illərində Qəznəli dövləti zəifləməyə başladı. Dövlətin ərazisi başqa türk xanədanlarının - səlcuqlar və qurluların hakimiyyəti altına keçdi. | Qəznəli dövlətinin bayrağı |
Qəznəli dövləti qüdrətinin zirvəsinə Sultan Mahmud Qəznəlinin hakimiyyət illərində (998-1030) çatmışdır. O, Hindistana etdiyi yürüşlər nəticəsində dövlətin ərazisini daha da genişləndirdi. Çindən Aralıq dənizi sahillərinə gedən ticarət yollarının qəznəlilərin ərazisindən keçməsi onun iqtisadi gücünü daha da artırdı. Sultan Mahmud Qəznəli elmin inkişafına xüsusi diqqət yetirmiş, dövrünün ən məşhur alimləri olan Əl Biruni və ibn Sinanı saraya dəvət edərək onları himayə etmişdir. |
|