dövləti zəiflətməyə başladı. IX
yüzilliyin 40-cı illərində Qırğızların
üsyanı nəticəsində Uyğur
xaqanlığı süqut etdi.
Qaraxanlı
dövləti
Qaraxanlı dövləti Qarluq xaqanlığının varisləri hesab olunur. Onlar özlərini Turan hökmdarı Alp Ər Tunqanın (Əfrasiyabın) varisləri hesab edirdilər. IX yüzilliyin 40-cı illərində bu soydan olanlar müstəqil xanlıq yaratdılar. Dövlətin paytaxtı Balasaqun oldu. 932-ci ildə İslamı dövlət dini elan edən Qaraxanlı Satuk Buğra xan on il sonra xaqan titulunu qəbul etdi. Xaqanlığın paytaxtı Kaşğar şəhərinə köçürüldü. Islam dininin yayılması nəticəsində türk dilində islam ədəbiyyatı yaranmağa başladı. Qədim türk yazıları ərəb qrafikalı əlifba ilə əvəz olundu. X əsrin sonlarında türk dilində ilk dəfə "Quran"ın təfsiri yazıldı. ("Təfsir" ərəb dilində "izah etmə", "şərh etmə" deməkdir) Qaraxanlı dövründə əvvəllər birbaşa xaqan xəzinəsinə daxil olan vergilərin xaqan sülaləsindən olan ayrı-ayrı şəxslərin xeyrinə toplanılmasına başlanıldı. Bu isə feodal özbaşınalığının artmasına və mərkəzi hakimiyyətin zəifləməsinə gətirib çıxardı. XI yüzilliyin 40-cı illərində iki yerə parçalanan Qaraxanlı dövləti XIII yüzilliyin əvvəllərində öz müstəqilliyini itirdi.
|