Avar döyüşçüləri | Bulqar döyüşçüsü | Xəzər döyüşçüsü |
Avar xaqanlığının zəifləməsi və Qərbi Göytürk xaqanlığının süqutu nəticəsində VII yüzilliyin birinci yarısında Qara dəniz sahillərində Böyük Bulqar xaqanlığı yarandı. Qərbi Göytürk xaqanlığının süqutundan sonra onun ərazisində VII yüzilliyin ortalarında Xəzər xaqanlığı da yaranmışdı. Hakim sülalə Aşina sülaləsindən idi. Böyük Bulqar dövləti zəiflədikdən sonra onun ərazilərinin xeyli hissəsini ələ keçirən Xəzər xaqanlığı tezliklə öz sərhədlərini daha da genişləndirdi. Xəzərlər bir tərəfdən ərəblərin Şərqi Avropaya, digər tərəfdən özlərindən şimalda yaşayan xalqların Xilafət üzərinə yürüşlərinin qarşısını aldılar. Xaqanlıq əhalisinin əksəriyyətini xəzər türkləri təşkil edirdi. Xəzərlər, qalıqları dövrümüzə qədər gəlib çatmış böyük şəhərlər salmışdılar. VIII yüzillik- |
-də
musəvilik (yəhudilik) Xəzər
xaqanlığının dövlət dini elan
edilsə də, məhkəmə hakimiyyəti
bütün dinləri təmsil edən
nümayəndələrdən təşkil olunmuş
və heç bir dini ayrı-seçkiliyə
yol verilməmişdi.
200 ilə yaxın Xilafətlə aparılan
müharibələr, qonşuluqdakı
başqa bir türk xalqının, peçeneqlərin
basqınları, dini pərakəndəlik
X əsrin ortalarında
Xəzər xaqanlığını zəifləməsinə
gətirib çıxardı. 965-ci ildə Kiyev
knyazı Svyatoslavın qarətçi
yürüşü xaqanlığın süqutuna
səbəb oldu.
"Biz Yafəsin oğlu Tağardan törəmişik. Əcdadlarımızın şəcərə kitabından Tağarın on oğlu olduğunu tapdıq. Onların adları belədir: Uyğur, Avar, Barsil, Bulqar, Savir, Peçeneq, Xəzər, Oğuz və s. Biz bu oğullardan 7-ci olan Xəzərin övladlarıyıq".
Yəhudi - xəzər yazışmasından
|
Uyğur
xaqanlığı Göytürk xaqanlığının tərkibində yaşamış uyğurlar digər qohum türk xalqları ilə birlikdə çinlilərə qarşı mübarizə aparmışlar. Çin mənbələrinin yazdığına görə, Göytürk xaqanlığının ordusundakı ən mahir oxçular uyğurlar idi. 744-cü ildə karluk və basmıl türkləri ilə birləşən Qutluq Bilgə Kül xan özünü xaqan elan etdi. Uyğur xaqanlığının paytaxtı Ordu şəhəri oldu. Çindəki Tan sülaləsini himayə edən uyğur xaqanları onları qiyamçıların çıxışlarından və qonşuluqdakı tibetlilərin hücumlarından qoruyurdular. Bunun qarşılığında onlar Çin imperatorundan ipəklə xərac alırdılar. Çinin ticarət yolları da uyğurların nəzarəti altına keçmişdi. Bir tərəfdən iqlim dəyişikliyi, digər tərəfdən uyğurları döyüşməkdən çəkindirən maniçiliyin yayılması get-gedə |