Firuz şahdan sonra Sasani
taxtına çıxan oğlu I Qubad
Məzdəkilər hərəkatı nəticəsində
ölkədən qovularkən Ağ Hun
hökmdarına sığındı. Öz qızını
I Qubada ərə verən Ağ Hun
hökmdarı Məzdəkilər hərəkatının
yatırılmasında mühüm
rol oynadı. I Qubaddan sonra
hakimiyyətə gəlmiş Xosrov
Ənuşirəvanın anası Ağ Hun
hökmdarının qızı idi.
VI yüzilliyin əvvəllərində Ağ
Hun dövləti daha da gücləndi.
Onun ərazisi Hindistanın
şimalından Aral gölünə, Tibet
dağlarından Xəzər dənizi sahillərinə
qədər uzanırdı. Ağ Hun
ordusunda 700-dən çox döyüş
fili var idi.
Ərazisində müxtəlif dinlərin
yayılması nəticəsində get-gedə
zəifləyən Ağ Hun dövlətinin
çox hissəsi 567-ci ildə başqa
bir türk dövləti olan Göytürk
xaqanlığının tərkibinə qatıldı.
|
Antioxiyalı İohan kadusiləri Ağ hunlar hesab edir. "Pyotrun
həyatı" adlı mənbədə isə ağ hunlar iverlərin (qədim gürcü tayfası)
qonşusu olduğu və İver hökmdarı Farsmanın ağ hunların köməyi
ilə hakimiyyətə gəldiyi qeyd olunur.
VII əsrə aid Suriya mənbəyindən
|
Mənbədəki məlumat əsasında Ağ hunların yayıldığı ərazini
göstərin.
|
Göytürk
xaqanlığı
Göytürk dövlətini qurmuş
Aşina sülaləsi hun mənşəli
idi. V yüzilliyin ortalarında
Altay dağlarının ətəklərində
məskunlaşan Aşina nəsli Avar
dövlətinə tabe olub, dəmirçiliklə
məşğul olurdu. Bu nəslin
başçısı Bumın avarlara qarşı
üsyan qaldıraraq 552-ci ildə
paytaxtı Ötükən olan Göytürk
dövlətini qurdu. Dövlətin şərq
|
hissəsini Bumın xaqan, qərb
hissəsini isə Yabqu titulunu
daşıyan qardaşı idarə edirdi.
Yabqu dövlətdə xaqandan
sonra ikinci şəxs hesab edilir və
hakim sülaləyə mənsub olurdu.
"Yabqu" qədim türk dilində
"yaxın" mənasını verən "yavuq"
sözündən yaranmışdır.
Bumın xaqandan sonra
hakimiyyətə gəlmiş Göytürk
xaqanlarının dövründə dövlətin
ərazisi xeyli genişləndirildi.
Göytürklər Qafqaz uğrunda
gedən mübarizədə həlledici
qüvvəyə çevrildi.
|
|