Hunlar Avrasiyanın təkcə siyasi xəritəsinin və xalqların yaşadıqları ərazilərin deyil, həm də siyasi quruluşunun dəyişməsinə səbəb oldu. Yeni ictimai münasibətlər - feodalizm quruluşu yaranmağa başladı. Hunlar Avropa xalqlarının həyatında dərin iz qoydular. Qədim türk xalqlarından olan "kimmer" gürcü dilində "pəhləvan"; "iskit" sözü pəhləvi dilində "igid" mənasını verdiyi kimi, hunların adı da almanların və qərb slavyanlarının dillərində "bahadır", "igid" mənalarında işlənməyə başladı. Hazırda türk xalqları və macarlar hunların varisləri hesab olunur. Orta əsrlərdə Göyçə gölü "Gələhun" adlandırılmışdır. Orta əsrlərdə "Hun qalası" deyilən, hazırda Tovuz rayonu ərazisində "Hun dərəsi" adlı toponim qorunub saxlanılır və buranın əhalisi özlərini hunların varisləri hesab edir. |
Cabanın ölümündən sonra hunlardan onu əvəz edən kimsə olmadı. Bundan istifadə edən düşmənlər Hun xanlığı üzərinə hücum etdilər. Savaş meydanında hunlarla üz-üzə gələn frank sərkərdələri onları təhdid edərək dedilər: "Caba daha yoxdur, indi sizi kim xilas edəcək?" Bu anda göydə ulduzların işıqlandırdığı ağ bir yol göründü. Səmadan enən Caba öz ordusu ilə yerə enərək frank işğalçılarını darmadağın etdi. Hunlar yenə xilas oldu. Bundan sonra da o, üç dəfə "Döyüşçülərin səma yolu" ilə yerə enərək öz xalqını qorudu. VI yüzillikdə yaşamış frank tarixçisi
|