Döyüşdən əvvəl Attila öz
döyüşçülərinə müraciət
etdi: "Biz döyüşdə romalıların
nə qədər aciz olduqlarını
bilirik. Onlar nəinki ilk
yara aldıqda, hətta döyüş
meydanından qalxan tozu
gördükdə də öz cəsarətlərini
itirirlər. Onlar qalxanları
arxasında gizlənməmiş,
alanları dəf edərək vestqotları
cinahdan vurun. Qəlbləriniz
cəsarətlə dolsun!
Hunları heç vaxt tərk
etməyən qeyrətinizi göstərin!
Yaralananlar düşməni
məhv etməmiş büdrəyib
yıxılmasın. Hunların indiyə
qədər tayfalar və xalqlar
üzərində qazandıqları
qələbələr bu mühüm döyüş
üçün hazırlıq deyildimi?
Azov bataqlıqlarından bu
döyüş meydanına bizləri
ulularımız gətirmədimi?
Bizi bu meydanda şərəf
gözləyir. Buraya toplanmış
qoşundakı saysız-hesabsız
əsgərlər hunların gözlərinə
baxmağa belə cəsarət
etmirlər. Düşmən üstünə
əlimdə qılınc birinci mən
yeriyəcəyəm".
|
Attilanın müraciətindən
hansı nəticələrə gəlmək
olar?
|
Döyüş heç bir tərəfə tam uğur
gətirmədi. Bundan sonra Roma
şəhəri üzərinə yeriyən Attila
Roma papasının xahişini və İtaliyada
yoluxucu xəstəliyin geniş
yayılmasını nəzərə alıb, şəhərə
toxunmadı.
453-cü ildə Avropa tarixçilərinin
Makedoniyalı İsgəndər və Qay
Yuli Sezarla eyniləşdirdikləri
|
Attila vəfat etdi. Onun qurduğu
geniş ərazili dövlətin yerində
yeni türk dövlətləri yarandı.
Attilanın ölümündən sonra
hakimiyyətə gəlmiş böyük oğlu
qiyam qaldırmış alman tayfaları
ilə döyüşdə qəhrəmancasına
həlak oldu. Bu hadisədən sonra
hunlar Qara dəniz sahilləri,
Qafqaz və indiki Macarıstan
|
ərazisində məskunlaşdılar.
Attilanın kiçik oğlu Caba Macarıstanda
yeni dövlətin əsasını
qoydu. Macarlar Caba haqqında
çoxsaylı əfsanələr yaratmış və
onun şərəfinə ölkənin paytaxtı
Budapeştdə heykəl qoymuşlar.
|
Attila haqqında təqdimat
hazırlayın.
|
|
|