Getdikcə güclənən Avropa Hun dövlətinin ərazisi şərqdə Ural dağlarından qərbdə Dunay çayı sahillərinə qədər uzanırdı. 434-cü ildə hakimiyyətə Attila və Bleda qardaşları gəldi. 445-ci ildən Attila ölkəni tək idarə etməyə başladı. Onun dövründə Avropa Hun dövləti özünün qüdrətli zirvəsinə çatdı. Attilanın sarayı öz möhtəşəmliyi ilə digər tikililərdən fərqlənir. Saray şalbanlardan və taxtalardan inşa edilmiş, məharətlə yonulmuş qülləli hasarlarla əhatə olunmuşdu. Bu hasarın içindəki çoxsaylı mənzillər oyma naxışlı şalbanlardan inşa edilmişdir. Binaların arasında ağ daşlardan hörülmüş böyük hamam vardır. Hökmdarın sarayı digər evlərdən daha böyük idi və hündür təpədə yerləşirdi. Sarayın içində bir neçə nəfərin əyləşməsi üçün oturacaqlar düzəldilmişdi. Attilanın taxtı sarayın ortasında bir neçə pillə hündürdə yerləşirdi. Taxtın qabağında nazik və rəngli gərdək qurulmuşdu. Attilanın ziyafətlərində qonaqlara gümüş qablarda ləziz yeməklər verilir, onun özü isə taxta boşqabda yemək yeyir, hər şeydə nümunəvi sayılacaq təvazökarlıq nümayiş etdirirdi. Qonaqlara içkilər qızıl və gümüş qədəhlərdə təklif olunur, onun özü isə taxta kasada içirdi. V yüzillikdə yaşamış Bizans diplomatı və tarixçisi
|
|