sözündən götürülüb "finikiyalı"
deməkdir) müharibələri başladı.
E.ə. 146-cı ildə Karfagen
məğlub oldu və dağıdıldı, ərazisi
isə Roma əyalətinə çevrildi.
E.ə. II yüzillikdə Roma Aralıq
dənizinin şərq sahilləri uğrunda
da mübarizə aparırdı. Bu
mübarizə nəticəsində Makedoniya
və Yunanıstan Roma
tərəfindən işğal edildi.
İşğallar nəticəsində Romaya
gətirilən qulların sayı durmadan
artırdı. Ağır yaşayış səviyyəsi
qulların üsyanlarına səbəb olurdu.
İmperiyanın
yaradılması Aramsız müharibələr Roma ordusunda da dəyişikliyə səbəb oldu. Əvvəllər kəndlilərdən ibarət olan Roma ordusu muzdlulardan təşkil edilməyə başlandı. Yeni üsulla toplanan ordu Roma dövlətinə deyil, sərkərdələrə sədaqət andı içirdi. Bu isə e.ə. I yüzillikdə Romada hakimiyyətə gəlmək istəyən sərkərdələr arasında vətəndaş müharibələrinə səbəb oldu. Bu sərkərdələrdən biri Qay Yuli Sezar Qalliyadan Romaya yürüş edərək əsas rəqibi Pompeyin qüvvələrini məğlub etdi. Nəticədə Sezar rəsmi olaraq mütləq hökmdar - diktator oldu. Respublikanı monarxiya ilə əvəz etmək istəyi e.ə. 44-cü ildə onun Senatda öldürülməsinə səbəb oldu. Bundan sonra hakimiyyət uğrunda yeni mübarizə başladı. Bu mübarizədə qalib gələn Oktavian Senatın |
səlahiyyətlərini məhdudlaşdıraraq ilk Roma imperatoru oldu. Senat onu Avqust (müqəddəs) adlandırdı.
Tənəzzül və
I—II yüzilliklərdə imperiya öz
qüdrətinin zirvəsində idi.
III yüzillikdən başlayan daxili
iğtişaşlar və xarici hücumlar
iqtisadiyyata mənfi təsir etdi.
Müharibələr və epidemiya
nəticəsində əhalinin sayının
azalması vergi gəlirlərinə
mənfi təsir göstərdi.
IV yüzilliyin ikinci yarısında
hunlar tərəfindən məğlub
edilən germanlar Roma
imperiyasının ərazilərinə daxil
oldular. 395-ci ildə Roma
imperiyası rəsmi olaraq Qərb
və Şərq hissələrinə bölündü. V
yüzillikdə german tayfalarının
Qərbi Romaya yürüşləri genişləndi.
Əvvəlcə vestqotlar,
daha sonra vandallar Romanı
talan etdilər.
süqut |
476-cı ildə sonuncu Qərbi
Roma imperatoru taxtdan salındı
və imperiya süqut etdi. Avropada
qədim dövr başa çatdı.
Roma
mədəniyyəti Romalılar yunanlardan çox şey mənimsəmişdilər. Onlar memarlıqda sütunlar və düzbucaqlı binalar kimi yunan üslubları ilə yanaşı, tağ, sərdabə və günbəz kimi əyri xətlərə əsaslanan formalardan da istifadə edirdilər. Betondan istifadə yeni memarlıq formaları ilə birlikdə nəhəng binalar tikməyə imkan verdi. Romalıların mühəndislik bacarıqları yolların, körpülərin və su kəmərlərinin tikintisinə imkan verdi. Romalılar imperiya ərazisində geniş yol şəbəkəsi qurmuşdular.
Romanın ən məşhur tarixçilərindən biri Tit Livi olmuşdur. O, tarixi keçmişin təcrübəsini, əxlaq dərsləri baxımından görürdü. Tarixin öyrənilməsi xəstə ağıl üçün ən yaxşı dərmandır. Çünki tarixdə hamının görməsi üçün müxtəlif insan təcrübəsi açıq şəkildə yazılmışdır. Tarixdə özünüz və ölkəniz üçün həm gözəl nümunələr, həm də pis işlərin qarşısını almaq üçün xəbərdarlıqlar tapa bilərsiniz. |