O, Əhəməni dövlətinə hücuma
başladı. Tezliklə Suriya, Fələstin
və Misir onun nəzarətinə keçdi.
E.ə. 331-ci ildə isgəndər Qavqamela
döyüşündə əhəmənilərə
qalib gəldi. Şərqə doğru
yürüşü davam etdirən İsgəndər
Hindistana çatdı. O, burada
güclü müqavimətlə qarşılaşdı.
Yorulmuş ordu yürüşü davam
etdirməkdən imtina etdiyi üçün
geri dönməyə məcbur oldu.
İsgəndərin fəthləri sayəsində
yunan mədəniyyəti Asiya
ölkələrində yayıldı. Yunanlar isə,
öz növbəsində, Şərq ölkələrinin
mədəni nailiyyətlərindən
bəhrələndilər. E.ə. 323-cü ildə
İsgəndər vəfat etdikdən sonra
onun imperiyası parçalandı.
Qədim Roma.
Padşahlıqdan
respublikaya
Qədim Romanın siyasi tarixi 3 dövrə bölünür: padşahlıq, respublika və imperiya. E.ə. 753-509-cu illər Roma tarixində Padşahlıq dövrü adlanır. E.ə. 509-cu ildə romalılar sonuncu hökmdarı devirib Respublika (ümumxalq işi) qurdular. Respublika seçkili orqanları olan |
idarəetmə formasıdır. E.ə. III
yüzilliyin əvvəllərində romalılar
bütün İtaliyanın işğalını başa
çatdırdılar.
Erkən dövrdə Roma əhalisi iki
qrupa: patrisilər və plebeylərə
bölünürdü. Romanın hakim
təbəqəsi olan patrisilər böyük
torpaq sahibləri idi. Vəzifələrə
yalnız patrisilər seçilə bilərdi.
Respublika dövründə Romanı
bir il müddətinə seçilən və
orduya başçılıq edən 2 konsul
idarə edirdi. Senat adlanan Ağsaqqallar
şurası xarici və daxili
siyasətə, o cümlədən maliyyə
işlərinə nəzarət edirdi.
Respublika dövrünün əvvəllərindən
patrisilər və plebeylər
arasında mübarizə başlandı.
Plebeylər əvvəlcə onların
hüquqlarını qoruyan xalq tribunu
seçmək hüququ qazandı.
Artıq e.ə. III yüzilliyin əvvəllərində
bütün Roma vətəndaşları
qanun qarşısında bərabər idi.
Əslində isə, hakimiyyət bir neçə
varlı patrisi və plebey ailələrinin
əlində idi. Ona görə də Roma
Respublikası demokratik dövlətə
çevrilə bilmədi.
|
Romada
hüquq
Romanın ən qiymətli miraslarından biri onun hüquq sistemidir. Romanın ilk yazılı qanunlar toplusu e.ə. V əsrin ortalarında qəbul edilmiş 12 lövhə qanunları idi. Sonralar bu qanunlar təkmilləşdirildi. Bəzi Roma qanunları hazırda dünyada və Azərbaycanda müasir dövrə uyğunlaşdırılaraq istifadə edilir.
Romanın
işğalları |