|
Yunanıstan mədəniyyəti
|
|||||||
Afina-Sparta
müharibəsi Əhəmənilər üzərində qələbədən sonra yunan şəhər-dövlətləri Afina və Spartanın rəhbərliyi ilə iki rəqib düşərgəyə bölündü. Onlar arasında mübarizənin səbəblərindən biri siyasi sistemlər - Afina demokratiyası ilə Sparta oliqarxiyası arasında ziddiyyətlər idi. E.ə.431-404-cü illərdə baş vermiş müharibə Afina və müttəfiqlərinin məğlubiyyəti ilə başa çatdı. Yunan şəhər-dövlətləri arasındakı müharibələr onları zəiflətdi və daxili ziddiyyətlərin dərinləşməsinə səbəb oldu. Bu zaman Yunanıstanın şimalında Makedoniya dövləti güclənirdi.
|
Tanrıların şərəfinə çoxsaylı
tədbirlər, o cümlədən idman
oyunları keçirilirdi. Olimpiya
oyunları adlanan ilk yarışlar
e.ə. 776-cı ildə keçirilmişdi.
Dini bayramlar zamanı açıq
havada tamaşalar nümayiş
etdirilirdi. İlk yunan pyesinin
müəllifi Esxil olmuşdur.
Yunan elminin ilk mərkəzi Kiçik
Asiyadakı Milet şəhəri idi. E.ə.
V yüzillikdən Afinada demokratiyanın
bərqərar olması onun
elm mərkəzinə çevrilməsinə
səbəb oldu. Burada Pifaqor,
Sokrat, Platon və Aristotel
kimi böyük alimlər yaşamışdılar.
Hippokrat tibb elminin yaradıcılarından
hesab edilirdi.
Keçmişdə baş vermiş hadisələrin sistemli təhlili kimi Tarix elmi yunanlar tərəfindən yaradılmışdır. Qərb sivilizasiyasında tarix elminin banisi kimi qəbul edilən Herodot məlumatlar əldə etmək üçün səyahətlər edirdi. |
Makedoniya
imperiyası
E.ə. IV yüzillikdə Yunanıstandan şimalda yerləşən Makedoniya güclü bir dövlətə çevrildi. Bu dövrdə Makedoniya hökmdarı II Filipp Yunanıstana hücum etdi. E.ə. 338-ci ildə Xeroneya döyüşündə yunanlar Makedoniya ordusuna məğlub oldular. Nəticədə Spartadan başqa, bütün yunan şəhər-dövlətlərinin müstəqilliyinə son qoyuldu. Lakin onlar daxili özünüidarəni saxladılar. II Filippin sui-qəsd nəticəsində öldürülməsindən sonra hakimiyyətə onun 20 yaşlı oğlu İsgəndər gəldi. |