Hərbi dövlət -
Sparta
Digər yunan şəhər-dövlətləri
kimi, Spartada da əkin üçün
yararlı torpaq az idi. Digərlərindən
fərqli olaraq spartalılar
koloniyalar yaratmaq əvəzinə,
qonşu əraziləri işğal edərək
əhalisini qula çevirirdilər. İşğal
edilmiş əraziləri əldə saxlamaq
üçün spartalılar hərbi dövlət
yaratmışdılar. Spartada idarə
üsulu iki hökmdarın başçılıq
etdiyi oliqarxiyaya əsaslanırdı.
Hökmdarlar müharibə vaxtı
orduya rəhbərlik edirdilər.
Ağsaqqallar şurası qərarları
hazırlayır və səsvermə üçün
vətəndaşlardan ibarət xalq
yığıncağına təqdim edirdi
Dövlətin sabitliyini qoruyub saxlamaq
üçün yadellilərin Spartaya
gəlməsinə və hərbi səbəblər
istisna olmaqla, spartalıların
xaricə getməsinə icazə verilmirdi.
Spartalılara fəlsəfə, ədəbiyyat
və ya incəsənəti öyrənmək
qadağan idi.
|
Sparta cəmiyyətində
qoyulan məhdudiyyətlər
onun inkişafına necə təsir
göstərə bilərdi?
|
|
Yunan-Əhəməni müharibəsi
Kiçik Asiyanın qərbindəki
yunan şəhərləri Əhəməni
imperiyasına tabe edilmişdi.
E.ə. V yüzilliyin əvvəllərində
burada yunan şəhər-dövlətləri
üsyan qaldırdı. Afinanın üsyançılara
kömək etməsi Əhəməni
hökmdarı I Daranın Yunanıstana
hücumuna səbəb oldu.
E.ə. 490-cı ildə Afina yaxınlığında
Marafon düzənliyindəki
döyüşdə yunanlar Əhəməni
ordusunu məğlub etdilər.
|
Əhəmənilər Yunanıstanı işğal
etmək siyasətini davam etdirdilər.
Lakin düşmənə qarşı
birləşən yunanlar uzun sürən
müharibədə qalib gəldilər.
|
Yunanların qalib gəlməsinin
səbəbini dəyərləndirin.
|
Perikl
|
|