Afina dövləti
Əvvəllər Afinanı hökmdar idarə
edirdi. E.ə. VII yüzillikdə Afina
aristokratların hakimiyyətinə
əsaslanan oliqarxiyaya (azlığın
hakimiyyəti) çevrilmişdi. Bütün
vətəndaşların iştirak etdiyi
xalq yığıncağının səlahiyyətləri
az idi. Afinadakı ciddi iqtisadi
problemlər siyasi ziddiyyətləri
kəskinləşdirdi. Borcların ləğv
edilməsi və yoxsullara torpaq
verilməsi uğrunda mübarizə
başlandı. Üsyandan qorxan
aristokratlar güzəşt etməyə
məcbur oldular. E.ə. 594-cü
ildə Solon islahatlar keçirdi.
|
|
Solonun islahatına əsasən taxıl və digər zəruri ərzaq məhsullarının
ixracının qadağan edilməsini müasir dövrlə əlaqələndirərək
dəyərləndirin.
|
İslahatlar nəticəsində Afina
vətəndaşlarının hüquq və vəzifələri
onların əmlakına uyğun
müəyyən edilməyə başladı.
Əmlakından asılı olmayaraq
bütün vətəndaşlar xalq yığıncağında
iştirak edə bilərdilər.
Lakin yoxsul vətəndaşlar siyasi
vəzifəyə seçilə bilməzdilər.
Solonun islahatları ziddiyyətləri
tamamilə həll etmədi. Daxili
çəkişmələr Afinada tiranlığın
yaranmasına gətirib çıxardı.
Aristokratlardan biri zorla
hakimiyyəti ələ keçirdiyi üçün
onu tiran adlandırdılar. Yeni
varlılar və aristokratlara borclu
olan yoxsul kəndlilər tiranı
dəstəkləyirdilər.
|
Afina xalq yığıncağı
Lakin tiranlıq yunanların
qanunun aliliyi düşüncələrinə
uyğun deyildi. E.ə. VI yüzilliyin
sonlarında afinalılar üsyan
qaldırıb tiranlığa son qoydular.
Həyata keçirilən islahatlara
əsasən qanunları müzakirə və
qəbul etmək səlahiyyəti xalq yığıncağına
verildi. Xalq yığıncağı
ali hakimiyyət orqanı oldu.
|
|