Xan sülaləsini
zəiflədən
üsyanlar
İstilaçı müharibələr ölkəyə qul
axınını gücləndirdi. Ağır vergiləri
və İcarə borclarını ödəyə
bilməyən kəndliləri də ailəsi
ilə birlikdə qula çevririrdilər. Bu
isə sosial ziddiyətləri kəskinləşdirirdi.
Xan sülaləsinin zəifləməsi
ilə Çini xalq üsyanları
bürüdü. I yüzilliyin başlanğıcında
baş vermiş "Qırmızıqaşlılar"
üsyanı çətinliklə yatırıldı.
Kəndlilərin və qulların amansız
istismarı, əyan və sərkərdələr
arasındakı çəkişmələr
Çində növbəti üsyana səbəb
oldu. 184-cü ildə baş verən
"Sarısarıqlılar" üsyanı 20 ildən
artıq davam etsə də, bu üsyan
yatırıldı.
Buna baxmayaraq, Çində quldarlıq
quruluşuna böyük zərbə
vuruldu: Xan sülaləsi zəiflədi
və III yüzilliyin əvvəllərində
süqut etdi. Çin yenidən xırda
dövlətlərə parçalandı.
Çin
mədəniyyəti
Qədim çinlilər özlərinə məxsus
heroqlif yazı növünü icad
etmişdilər. Yazı vasitəsi kimi ilk
vaxtlar bambuk lövhələrdən
istifadə edilirdi. İmperator
fərmanları ipək parçalar üzərində
yazılırdı. Xan sülaləsinin
dövründə kağız ixtira edildi.
|
|
Yazının növləri və əhəmiyyəti
ilə bağlı məlumat
toplayıb təqdimat
hazırlayın.
|
Çinlilər dəqiq təqvim düzəltmişdilər.
Bu, əkinçiliklə məşğul olan
əhali üçün olduqca vacib idi. Tacir
və səyyahlar səfərləri zamanı
Çini əhatə edən ölkələr, ərazilər
haqqında məlumatlar toplamış,
bu məlumatlar əsasında dağlar
və dənizlər haqqında kitab
yazılmışdı. Kompası da uzaq
səfərlərə çıxan çinli dənizçilər və
səyyahlar ixtira etmişdilər.
Çin heroqlifləri
|
Qədim Çində təbabət də inkişaf
etmişdi. Çinli təbiblər təbii bitkilərlə
müalicələrə üstünlük verirdilər.
Bu bitkilərdən biri də çay
idi. Xan sülaləsi dövründə Çin
tarixindən bəhs edən əsərlər
meydana gəlmişdi. Bunlardan
ən məşhuru e.ə. Il-I yüzilliklərdə
yaşamış Sıma Tsyanın müəllifi
olduğu "Tarixi qeydlər" əsəri idi.
Avropalılar Sıma Tsyanı "Çin tarixinin
Heredotu" adlandırmışlar.
Qədim Çində evlər, adətən,
ağacdan tikilirdi. Yalnız hökmdar
sarayları və varlı əyanların evləri
daşdan olurdu.
E.ə. Vl-V yüzilliklərdə Çində Konfutsi
təlimi yayılmağa başlamışdı.
Sin sülaləsi dövründə Konfutsi
təlimi rədd edilmiş və bu təlimin
tərəfdarlarına divan tutulmuşdu.
Konfutsinin bütün insanların, o
cümlədən hökmdarın ədalətli
rəftar etmək fikirlərini Sin Şi Xuandi
qəbul etmirdi. Xan sülaləsinin
nümayəndələri isə bu təlimi
rəsmi ideologiya səviyyəsinə
qaldırmışdılar.
|
Dövlətin idarə edilməsi
ilə bağlı Konfutsi təlimini
dəyərləndirin.
|
|
|