Çin
Çin Asiya qitəsinin şərqində
yerləşir. Dağlardan yol alan
Yantszı və Xuanxe çayları Şərqi
Çin düzənliyindən keçib dənizlərə
tökülür. Bu çayların keçdiyi
vadilərdə torpaqlar məhsuldar
olduğu üçün insanlar qədim
dövrlərdə burada məskunlaşmış,
əkinçiliklə məşğul olmuşlar. Lakin
yağışlar zamanı Xuanxe çayı daşır,
ərazilər suyun altında qalırdı.
Xuanxe çayını "gəzən çay", "min
bir fəlakət çayı", "Çinin bəlası"
adlandırırdılar. Zaman keçdikcə
çinlilər daşqınlardan qorunmaq
üçün bəndlər tikməyi, çaydan
suvarma üçün arxlar çəkməyi
öyrəndilər. Təsadüfi deyil ki,
Çində erkən sivilizasiya e.ə. Ill-ll
minilliklərdə məhz Xuanxe vadisində
meydana gəlmişdir. Qəbirlərdən
tapılan əşyaların müxtəlifliyi
e.ə. II minillikdə Çində ictimai
bərabərsizliyin, təbəqələşmənin
yarandığından xəbər verir.
Yazının - heroqliflərinin meydana
gəlməsi də bu dövrə aiddir.
|
Sizcə, Qədim Çində yazı
hansı zərurətdən meydana
gəlmişdi?
|
Çay vadilərində insanlar çəltik
becərir, maldarlıq və sənətkarlıqla
məşğul olurdular. Çin sənətkarlarının
toxuduğu ipək parçalar,
ağ gildən düzəltdikləri zərif
çini qablar isə sonralar bütün
dünyada məşhurlaşmışdı.
E.ə. Vl-V yüzilliklərdə dəmir
emalına başlanması Çində
təsərrüfatın inkişafına təkan verdi.
Tələbatdan artıq məhsulun
meydana gəlməsi sərvət uğrunda
mübarizələrə səbəb oldu.
|
Müharibələrdə əsir götürülən
insanlar qula çevrilməyə, təsərrüfat
işlərində onların əməyindən
geniş istifadə edilməyə başlanıldı.
Beləliklə, sərvət əldə etmək
və onu qorumaq zərurəti quldar
dövlətlərin meydana gəlməsinə
şərait yaratdı.
Çinin birinci
hökmdarı
Artıq e.ə. IV—III yüzilliklərdə
Çində bir neçə quldar dövlət
var idi. Bu dövlətlər bir-biri ilə
aramsız müharibələr aparırdı.
Ona görə də bu dövr Çin
tarixinə "vuruşan padşahlıqlar
dövrü" kimi daxil olmuşdur.
Bu padşahlıqlardan biri olan
Sin digər dövlətlərlə mübarizədə
qalib gəldi.
|
E.ə. 221-ci ildə Sin padşahı
bütün ölkəni vahid dövlətdə
birləşdirdi və özünü Sin Şi
Xuandi (Çinin birinci hökmdarı)
adlandırdı. O bütün ölkə üçün
vahid ölçü, çəki və pul sistemi
tətbiq etdi. Çin ərazisi 36
vilayətə bölündü və hər birinə
məmur təyin edildi. Mərkəzləşdirilmiş
dövlət idarəetmə
sistemi yaradıldı.
Sin Şi Xuandi
|
|