Çinə tabe oldu. Çiçi tanhunun rəhbərlik etdiyi Qərbi Hun dövləti isə bir müddət müstəqilliyini saxlaya bildi. Çiçi tanhu dövlətin sərhədlərini qərbə doğru genişləndirdi: Tanrı dağlarının şimalı, İssık gölünün ətraf əraziləri tabe edildi. Lakin parçalanma hunları çox zəiflətmişdi. İpək yoluna nəzarəti yenidən ələ keçirməyə çalışan Xan hökmdarları bu fürsəti əldən vermədilər. E.ə. 36-cı ildə Çin orduları Qərbi Hun dövləti üzərinə yeridildi. Hunlar qəhrəmanlıqla döyüşsələr də, üstün Çin ordularına məğlub oldular. Qərbi Hun dövləti süqut etdi. Bu məğlubiyyətdən sonra hunlar qərbə, Ural dağlarının ətəklərinə və İdil (Volqa) çayı sahillərinə köç etdilər. Onların varisləri isə bir neçə yüzillik burada qaldıqdan sonra yeni qüdrətli bir dövlətin - Avropa Hun dövlətinin əsasını qoyacaqdılar. Çinə tabe olan şərq hunları isə bir qədər sonra müstəqillik əldə etsələr də, onu sonadək qoruya bilmədilər. III yüzilliyin əvvəllərində bu dövlət də süqut etdi. Bu dövlətin varisləri |
gələcəkdə Göytürk dövlətinin
qurulmasında yaxından iştirak
edəcəkdi. Hunların digər qolu
isə Mərkəzi Asiyada Ağ Hun
dövlətinin qurucuları oldu.
Dövlət
Qədim türklərdə dövlət El adlanırdı. Bu söz həm də dövləti olan xalqı ifadə edirdi. Digər türk mənşəli dövlətlərdə olduğu kimi, hunlar da hökmdar hakimiyyətinin Tanrıdan gəldiyinə inanırdılar. Hun tanhuları "Göy Tanrının Yer üzündəki nümayəndələri" hesab olunurdu. Hakimiyyət irsən keçirdi. Təsərrüfat həyatı Qədim hunların əsas məşğuliyyəti köçəri maldarlıq idi. Onlar qoyun sürüləri, mal-qara və at ilxıları bəsləməklə yanaşı, dəmirçilik və zərgərliklə də məşğul olmuş, özlərinə məxsus zəngin mədəniyyət abidələri yaratmışdılar. |
Din
Digər türk boyları kimi, hunlar arasında da Tanrıçılıq geniş yayılmışdı. Onlar Göy Tanrıya sitayiş edir, yaradılışın ondan gəldiyinə inanırdılar. Tanrının yaratma və hadisələrə müdaxiləsi qut yolu ilə gerçəkləşirdi. ("Qut" - xoşbəxtlik, səadət mənasını verir) Hun inancında şamançılıq da mühüm yer tutmuşdur. Şamanların Göy Tanrı ilə insanlar arasında vasitəçi olduğuna inam var idi. Günəş, Ay tanrıları da hunların inancında xüsusi yerə sahib idi. |