Piyadalara üstünlük verən
çinlilərdən fərqli olaraq hunlar
süvari döyüşür, uzaq məsafədən
ox atmaqla düşmənə böyük
tələfat verirdilər. Düşməni
zəiflətdikdən sonra əlbəyaxa
döyüşə girirdilər. Çin hökmdarı
Sin Şi Xuandi çıxış yolunu sədd
tikilməsində gördü.
E.ə. 214-cü ildə Böyük Çİn
səddinin tikintisinə başlandı.
Lakin bu sədd də hun hücumlarının
qarşısını almağa kifayət
etmirdi. Hun süvariləri gah bu
səddin kənarlarından yol tapır,
gah da zəif möhkəmləndirilmiş
yerlərindən keçib Çinin içərilərinə
yürüşlər təşkil edirdilər.
Mete tanhu
Hun dövlətinin ən qüdrətli dövrü Mete tanhunun (e.ə. 209-174) hakimiyyəti illərinə təsadüf edir. Mete mərkəzi hakimiyyəti möhkəmləndirmiş, ordu islahatı keçirmişdir Hun süvari ordusu onluq, yüzlük, minlik və on minlik dəstələr şəklində təşkil edilmiş, orduda nizam-intizam yaradılmışdı.
|
Fit səsi çıxaran oxların düzəldilməsi
də onun adı ilə bağlıdır.
Belə oxlar atılarkən səsi ilə düşməni
vahiməyə salırdı.
Güclü və intizamlı orduya arxalanan
Mete işğallara başladı.
Monqol və Tibet tayfaları tabe
edildi. Hun dövlətinin sərhədləri
şərqə və qərbə doğru xeyli
genişləndirildi. Əsas hədəf yenə
də zəngin Çin dövləti idi.
E.ə. 200-cü İldə Hun ordusu Çin
səddini aşıb dövlətin içərilərinə
doğru irəliləməyə başladı. Həlledici
döyüş Pinçen şəhəri yaxınlığında
baş verdi. Çoxsaylı Çin
ordusu Turan taktikasından istifadə
edilərək mühasirəyə alındı.
Çin hökmdarı çıxılmaz vəziyyətə
düşdü. O, Mete xaqanın
xanımına elçi göndərərək ərini
sülh üçün dilə tutmağı xahiş
etdi. Hun cəmiyyətində qadınlar
böyük rola malik idi. Onlar
siyasi qərarların verilməsində də
yaxından iştirak edirdilər. Mete
bu xahişi qəbul etdi.
Tərəflər arasında imzalanan
Pinçen sazişinə görə:
Mete Mərkəzi Asiyada yaşayan 26 tayfanı öz hakimiyyəti altında birləşdirdi. Geniş fəthlər |
nəticəsində Hun dövləti imperiyaya
çevrildi. Onun sərhədləri
şərqdə Koreyadan qərbdə
Xəzər dənizinə, şimalda Sibirdən
cənubda Kaşğara qədər
uzanırdı. Böyük İpək yolu da
hunların nəzarətinə keçmişdi.
Çin qaynaqları Meteni "Tanrı
qutu", yəni Tanrının yer üzündə
siyasi hakimiyyət verdiyi şəxs
adlandırırdı. "Oğuznamələr"də
isə Mete əfsanəvi Oğuz xaqan
ilə eyniləşdirilirdi.
E.ə. I yüzilliyin əvvəllərində Hun dövləti daxili çəkişmələr nəticəsində zəifləməyə başladı. Bu, Çinin təsiri ilə bağlı İdi. Açıq müharibədə hunlara məğlub olan Xan sülaləsinin hökmdarları müxtəlif üsullarla Hun dövlətinin daxili işlərinə qarışmağa, nifaq yaratmağa çalışırdılar. Onlar rəqibinin döyüş üsullarını öyrənir, özləri də süvari qoşunlar təşkil edirdilər. Eyni zamanda, Çin hökmdarları nikah diplomatiyasından istifadə etməyə üstünlük verir, bu yolla hun şahzadələri arasında ədavət yaratmağa çalışırdılar. Məqsədləri isə Çinin Hun dövlətindən asılılığına son qoymaq, hər il ödədikləri ağır xəracdan qurtulmaq idi. E.ə. 58-ci ildə anası çinli olan hun şahzadəsi dövləti Çinə tabe etmək niyyətinə düşdü. Anası türk olan digər qardaş - Çiçi tanhu isə buna etiraz etdi. Ögey qardaşlar arasındakı mübarizə Hun imperiyasının iki yerə parçalanması ilə nəticələndi. Şərqi Hun dövləti |