nlar Mərkəzi Asiya
çöllərinin şəriksiz
hakimi idilər. Maldarlıqla
məşğul
olan bu xalq yüzilliklər boyunca otlaqlar və su mənbələri ardınca Böyük çöl*də şərqdən qərbə, qərbdən şərqə köç etmiş, Avrasiya qitəsində qüdrətli dövlətlər qurmuşlar. Döyüş üsulları, silahları, özlərinə məxsus sənətkarlıq nümunələri ilə dünya mədəniyyətinə bir sıra yeniliklər bəxş etmiş türk birlikləri dünyada müxtəlif adlarla tanınmışdır. Eradan əvvəl I minillikdə türklər tarixdə Hun dövləti adı ilə məşhur olan yeni dövlət qurdular.
* Böyük çöl
Qobi səhrasında Qara dənizin şimalına qədər uzanan düzənlik ərazilərdir. Hunlar haqqında ilk məlumatlar e.ə. II minilliyə aiddir. Çin mənbələrindən məlum olur ki, onların ilk siyasi birlikləri məhz bu dövrdə meydana gəlmişdir. Orxon və Selenqa çayları arasında yaşayan hunlar, əsasən, köçəri maldarlıqla və ovçuluqla |
məşğul idilər. Sərt iqlim xüsusiyyətləri,
daimi yerdəyişmələr
hunların həyat tərzinə də ciddi
təsir göstərmişdir. Onlar qalalara,
sədlərə ehtiyac duymadığından
hər an təhlükələrə hazır
olmaq məcburiyyətində idilər.
Buna görə uşaqlarını Böyük çölün
şərtlərinə uyğun böyüdürdülər.
Hunlar kiçik yaşlarından
hərb sənətinin sirlərini öyrənir,
at çapmaq, ox atmaq vərdişlərinə
yiyələnirdilər.
Oğlan uşaqları qoyuna minir, quşlara və gəmirici heyvanlara ox atır, bir az böyüdükdə tülkü və dovşan ovlayırlar. Əsgərləri yay çəkən güclü və zirehli süvarilərdir. Ənənələrə görə sülh dövründə maldarlıqla məşğul olur, vəhşi heyvanları ovlayırlar. Fövqəladə hallarda döyüş təlimləri keçərlər. Bu onların həyat tərzidir. Uzaqmənzilli silahları yay və ox, əlbəyaxa silahları balta və nizədir. |
Teoman tanhu* E.ə. III yüzilliyin ikinci yarısında Teoman adlı sərkərdə hun tayfalarını vahid dövlətin tərkibində birləşdirdi və Böyük Hun dövlətinin qurucusu oldu. Otükəni isə dövlətinin paytaxtına çevirdi.
* Tanhu
kağan və ya xaqan deməkdir. Hun dövlətinin meydana gəlməsi ilə təxminən eyni vaxtda Çində də vahid dövlət yaranmışdı. Tezliklə bu iki dövlət arasında uzun sürən çəkişmələr başladı. Sayca çox olan Çin orduları döyüşkən hun süvarilərinin hücumları qarşısında aciz qalırdı. |