|
Kastalar haqqında məlumat
toplayıb təqdimat
hazırlayın.
|
Hind xalqının sərf etdiyi
əməyin səmərəsini racələr
və başqa adlı-sanlı adamlar
mənimsəyirdilər. Onlar yığılan
məhsulun və heyvan balalarının
bir hissəsini qonşu icmaların
əlindən alırdılar. Adlı-sanlı
adamlar əsirləri qul edir, qulları
"düşmən" adlandırırdılar. Racələr
tədricən hökmdar olur
və hakimiyyəti irsi olaraq öz
övladlarına verirdilər. Beləliklə,
e.ə. I minillikdə Hindistanda
padşah hakimiyyəti, qoşunu,
keşikçiləri, məmurları olan
dövlətlər əmələ gəldi.
Lakin vahid dövlətin olmaması
ölkənin müdafiəsini çətinləşdirirdi.
E.ə. VI yüzillikdə Hindistanın
şimal-qərbi Əhəməni
dövlətinin tabeçiliyinə keçdi.
Əhəməni dövlətinə son qoyan
Makedoniyalı İsgəndər e.ə.
327-ci ildə Hindistana yürüş
etdi və Hind çayına qədər
|
Hindistan torpaqlarını ələ
keçirdi. İsgəndər Hindistanın
digər ərazilərini də işğal etmək
istəyirdi. Lakin illərlə davam
etmiş yürüşlər və aramsız
döyüşlərdən yorulmuş Makedoniya
əsgərləri yürüşü davam
etdirməkdən imtina etdilər.
Əsgərlərinin qətiyyətini görən
İsgəndər geri çəkilməyə məcbur
oldu.
İsgəndərin ölümündən sonra
Makedoniya imperiyasının
dağıldığı dövrdə Hindistanda
da yunan-Makedoniya işğalına
qarşı mübarizə başladı. Bu
mübarizədə Mauriya sülaləsindən
olan Çandraqupta
fərqlənirdi. Tezliklə Hind çayı
hövzəsindəki ərazilərin bir
hissəsi azad edildi. Mauriya
sülaləsinin ən qüdrətli hökmdarı
Aşoka e.ə. III yüzilliyin
ikinci yarısında Hindistanı vahid
dövlətdə birləşdirdi. Bütün
Hindistan üzərində hakimiyyətini
möhkəmləndirən Aşoka bir
sıra sahələrdə islahatlar apardı.
|
İslahatlarını xalqa çatdırmaq
üçün o, Hindistanın müxtəlif
səmtlərində 33 kitabə qoydurmuşdu.
Hindistanın tarixində
buddizmin əsas himayədarı
və təbliğçisi kimi yadda qalmış
Aşokanın vəfatından sonra
dövlət zəiflədi. E.ə.180-ci ildə
Mauriya sülaləsinə son qoyuldu
və Hindistan yenidən
ayrı-ayrı dövlətlərə parçalandı.
|