Hindistan Asiyanın cənubunda
yerləşən böyük ölkə olub Hindistan yarımadasını və Asiya qitəsinin bu yarımadaya qovuşan hissəsini əhatə edir. Dünyanın ən hündür və həmişə qarla örtülü Himalay sıra dağları Hindistanı başqa ölkələrdən ayırır. Himalay dağları ölkəni soyuq şimal küləklərindən qoruduğuna görə Hindistanda hava hətta qışda da isti olur. Yarımadanın qərb hissəsindən Hind çayı, şərqindən Qanq çayı axır Himalay dağlarından axmağa başlayan bu iki çay dağlarda qar əriyən zaman böyük daşqın əmələ gətirir. |
içməli su ilə təchiz edən su kəməri, kanalizasiya sistemi olmuşdur. E.ə. II minillikdə əhali şəhərləri tərk edib getmişdir. Bunun səbəbi indiyədək hələ də bilinmir. E.ə. II minillikdə racələrin başçılıq etdikləri köçəri ari tayfaları şimal-qərb tərəfdən Hindistana hərəkət etmişlər. Onlar yerli əhali İlə qarışaraq oturaq həyata keçmişlər, əkinçiliklə məşğul olmağa və qonşuluq icmaları halında yaşamağa başlamışlar. |
E.ə. XI yüzillikdə hind-arilər
dəmir emal etməyi öyrənmişlər.
Dəmir alətlərlə Qanqın ətrafındakı
cəngəllikləri təmizləyən
hindlilər əkin sahələri üçün şərait
yaratmışlar. Burada əkinçiliklə
yanaşı, maldarlıq və sənətkarlıq
da sürətlə inkişaf etməyə başladı.
|
Hindistanın təbii-coğrafi şəraitini xəritə əsasında təsvir edin. |