I Daradan sonra hakimiyyətə
gələn Əhəməni şahları onun
qədər bacarıqlı olmadılar.
Makedoniya hökmdarı İsgəndərin
hücumu imperiyanın
süqutunu sürətləndirdi. Makedoniyalı
İsgəndərlə sonuncu
Əhəməni şahı III Daranın orduları
arasında e.ə. 331-ci ildə
Qavqamela çölündə həlledici
döyüş baş verdi. Döyüşdən
bir gün əvvəl düşmənin saysız
|
qoşunlarını görən İsgəndərin
sərkərdəsi ona gecə ikən
qəflətən hücuma keçməyi təklif
edir. İsgəndər isə: "qələbəni
oğurluqla qazanmaq istəmirəm",
- deyə cavab verir.
|
Sizcə, Qavqamela döyüşündən
əvvəl İsgəndərin
"Qələbəni oğurluqla
qazanmaq istəmirəm" cavabını
verməsi onun hansı
xarakterindən irəli gəlirdi?
Fikrinizi əsaslandırın.
|
|
III Dara
|
Sübh tezdən döyüş başladı.
İranlılar sağ cinahdan makedoniyalıları
sıxışdırmağa
başladılar. Döyüşdə dönüş yaratmaq
üçün İsgəndər süvari
dəstəsi ilə birlikdə fars ordusunun
mərkəzinə zərbə endirdi.
Qorxudan döyüşü yarımçıq
qoyub ölkənin şərqinə qaçan
III Dara yaxın adamları tərəfindən
öldürüldü.
Əhəməni ordusunun məğlubiyyəti
ilə bitən döyüşdən
sonra ölkənin paytaxtı Persepol
ələ keçirildi. Beləliklə, e.ə.
330-cu ildə Əhəməni dövləti
süqut etdi.