Bu nəzarəti şahın "qulaq və
gözləri" adlanan gizli polis
həyata keçirirdi. I Daranın dövründən
başlayaraq imperiyada
Fars dilinin tətbiqi genişlənirdi.
İmperiyanın müxtəlif əyalətləri
ilə əlaqəni asanlaşdırmaq üçün
I Dara yol tikintisinə diqqəti
artırmışdı. Yolun hər 20 km-də
şah dayanacaqları tikilmişdi.
Burada yaşayan süvarilər şahın
əmr və göstərişlərini estafet
sistemi ilə təcili olaraq ölkənin
|
hər yerinə yayırdılar. I Dara bütün
imperiyada tətbiq olunan
vahid pul sistemi yaratdı. Belə
pullar Daranın adı ilə "darik"
adlandırıldı. Onların üzərində
şahın təsviri verilirdi. I Daranın
islahatları beynəlxalq ticarətin
genişlənməsinə və inkişafına
səbəb oldu.
|
Sizcə, dövləti daxilən
möhkəmləndirmək üçün
I Daranın hansı tədbirini
daha yüksək qiymətləndirmək
olar?
|
|
"Darik" (qızıl pul)
|
I Daranın hansı tədbiri
beynəlxalq ticarətin inkişafına
yol açmışdır?
|
I Daranın dövründə yunanlara
qarşı başlanan və uzun sürən
müharibə Əhəməni dövləti
üçün uğursuz bitdi.
|