Farslar Midiya mədəniyyətinin
bir çox cəhətlərini, eləcə də
dövlət quruluşu və idarəetmə
sistemini mənimsədilər. Bir
neçə il ərzində II Kir Midiya
dövlətinin tərkibinə daxil olan
ölkələri özünə tabe etdi. E.ə.
547-ci ildə fars ordusu Kiçik
Asiyada güclü dövlət sayılan
Lidiyanı, az sonra orada
yerləşən yunan şəhərlərini də
işğal etdi. E.ə. 539-cu ildə Babil
şahlığının tutulması ilə II Kir Ön
Asiyanı tamamilə özünə tabe
etdi. Onun dövründə Əhəməni
dövləti cahanşümul (dünyanı
tutan) dövlətə çevrildi. Qədim
Ön Asiyanın müxtəlif ictimai,
iqtisadi inkişaf səviyyəsində
olan ölkələri və xalqları bir
dövlət tərkibində birləşdirildi.
Əhəməni dövlətinin sərhədləri
şərqdə Hindistana, qərbdə isə
Aralıq və Egey dənizlərinin
sahilinə çatırdı. E.ə. 530-cu ildə
II Kir massaget tayfaları üzərinə
yürüş etdi. Döyüş massaget
hökmdarı Tomirisin qələbəsi ilə
nəticələndi.
|
"Əhəməni dövləti cahan-
şümul dövlətə çevrildi"
cümləsinin izahını necə
verərdiniz?
|
|
Sizcə, nə üçün farslar Mi-
diya idarəetmə sistemini
mənimsədilər?
|
|
|
II Kirin ələ keçirdiyi əraziləri
xəritədə göstərin.
|
II Kir həlak olduqdan sonra
oğlu II Kambiz Əhəməni
taxt-tacına sahib oldu.
II Kambiz ölkədə baş vermiş
xalq çıxışlarını yatırdıqdan
sonra Misir yürüşünə çıxdı.
Misirlilərin güclü müqavimətinə
baxmayaraq, farslar e.ə.
525-ci ildə Misiri işğal etdilər.
Əhəməni şahı I Daranın (e.ə.
522-486) hakimiyyətinin ilk
illərində bütün ölkə ərazisini
üsyanlar bürüdü. I Dara böyük
çətinliklə üsyanları yatırdı.
Tezliklə işğallara başlayan
Əhəmənilər Hindistanın şimal-
qərb hissəsini, Frakiyanı,
Makedoniyanı özlərinə tabe
etdilər.
|
I Daranın
daxili siyasəti
I Dara Əhəməni dövlətinə
daxil olan ölkələri itaət altında
saxlamaq üçün islahatlar
həyata keçirdi.
Köhnə inzibati bölgülər və
vergi toplama qaydaları ləğv
edildi. I Dara, ilk növbədə,
əyalətləri idarəetmə sistemini
yenidən təşkil etdi. O, dövləti
satraplıq (canişinlik) adlanan
inzibati-vergi dairələrinə
böldü. Dövlət 20 satraplığa
bölünmüşdü. Belə İnzibati
dairələrin başında satrap
dururdu. Satraplar şahın daimi
nəzarəti altında İdilər.
|
|