Hammurapi
Qədim Mesopotamiyada cəmiyyət
patriarxal idi: kişilər üstün
mövqeyə malik idi. Hammurapi
qanunlarına görə kişilərə nisbətən
qadınlar daha az imtiyaz
və hüquqlara malik idi.
Hammurapinin qanunları insanların
həyatının, demək olar ki,
bütün sahələrini əhatə edirdi.
Hammurapi qanunlarında
dövlət məmurlarının vəzifələrini
yerinə yetirməsi ilə
bağlı ciddi tələblər var idi.
- Əgər qatillər tapılmasa,
məmurlar öldürülən
şəxsin qohumlarına
cərimə ödəməli idilər.
- Inşaatçılar tikdikləri
binalara görə məsuliyyət
daşıyırdılar. Əgər
ev uçub sahibinin
ölümünə səbəb olurdusa,
inşaatçı edam
edilirdi. Əgər çökmə
ev sahibinin oğlunun
ölümünə səbəb
olurdusa, inşaatçının
oğlu edam edilirdi. Ev
inşaatçının hesabına
yenidən tikilməli idi.
|
|
Sizcə, Mesopotamiya əhalisi
üçün şəhər-dövlətlərin və
ya imperiya idarəetməsinin
hansı daha səmərəli olardı?
|
Şumer
mədəniyyəti
Şumerlər çoxtanrılı dinə malik
idi. Onlar öz tanrılarının əbədi
və hər şeyə qadir olduğuna
inanırdılar. Mesopotamiya mifləri
və əfsanələri haqqında zəngin
məlumatlardan bəziləri dünyanın
ən qədim eposu olan "Gilqameş"
dastanında əks olunmuşdur.
Şumerlər mixi (mismar şəkilli
olduğu üçün belə adlanır) yazı
sistemi yaratdılar. Yazı aləti kimi
qamış qələmdən istifadə edərək
gil lövhələrin üzərində mismar
şəklində işarələr yazır, sonra
onları bişirir və ya günəşdə
qurudurdular. Yazıdan, ilk növbədə,
vergilər və başqa dövlət
işlərinin qeydiyyatını aparmaq
üçün istifadə edilirdi. Ən
mühüm vəzifələri tutmaq üçün
varlı ailələrdən olan oğlanlar
məktəblərdə təhsil alırdılar.
Təhsil kiçik yaşlarından başlanır
və yeniyetmə dövrünə qədər
davam edirdi. Məktəb günləri
günəş çıxanda başlayıb, günəş
batanda bitirdi. Məktəblərdə
sərt intizam var idi.
Şumerlər müasir dövrdə də
həyatımıza təsir edən bir çox ixtiralar
etmişdilər. Bir çox yeni ixtiralar
şumerlərin praktik ehtiyaclarından
irəli gəlirdi. Təkər, dulus
çarxı, memarlıqda tağ üsulu və
sütunlar Şumer texnologiyasının
nümunələridir. Tunc alətləri də ilk
dəfə şumerlər hazırlamışdılar.
|
Şumerlər riyaziyyat və astronomiyada
da böyük nailiyyətlər
əldə etdilər. Riyaziyyatda onlar
60-lıq say sistemi hazırladılar.
Bir saatın 60 dəqiqəyə bölünməsi
və dairənin 360 dərəcəyə
malik olmasının müəyyən
edilməsi Şumer mədəniyyətinin
müasir dövrümüzə töhfəsidir.
Həndəsə əkin sahələrini ölçmək
və binaları tikmək üçün istifadə
olunurdu. Astronomiyada
şumerlər bürclərin qrafikini tərtib
edirdilər İlk məlum xəritələrdən
biri təxminən e.ə. III minillikdə gil
lövhə üzərində hazırlanmışdır.
Mixi yazı
|
Sivilizasiyaların yaranması
və inkişafına ətraf mühit
necə təsir göstərir?
|
|
Şumerlərin iki əsas ixtirasını
və onların müasir
həyatımıza necə təsir
etdiyini dəyərləndirin.
|
|
Şumerlərin əldə etdiyi nailiyyətlərə
əsasən cədvəli
tamamlayın.
|
Nailiyyətlər |
Müasir
həyatımıza
təsirləri
|
... |
... |
|