Şumer şəhər-dövlətlərinin iqtisadiyyatı, əsasən, əkinçiliyə əsaslanırdı. Həmçinin ticarət və
sənətkarlıq da mühüm əhəmiyyət kəsb edirdi. Tacirlər quru yolu ilə Aralıq dənizinin şərqinə və
dəniz yolu ilə Hindistana gedirdilər. Təxminən e.ə. IV minillikdə təkər ixtira edildi. Bu isə daşınmanı asanlaşdıran arabalardan istifadəyə səbəb oldu. Sivilizasiya ilə birlikdə sosial təbəqələr yaranmağa başlandı. Şumer cəmiyyətində hökmdar, torpaq sahibləri və kahinlər ən yüksək təbəqəni təşkil edirdilər. Sonrakı yeri tacirlər tuturdu. Sadə Şumer əhalisinin böyük əksəriyyətini əkinçilər sənətkarlar təşkil edirdi. Qullar şumer cəmiyyətinin ən aşağı təbəqəsinə aid idi. Şumer qadınları da kişilərlə bərabər hüquqlara malik idi. Belə ki onlar ticarət, əkinçilik və sənətkarlıqla məşğul olmaqla yanaşı, əmlaka da sahib ola bilərdilər. Hətta yuxarı təbəqədən olan qadınlar oxumağı və yazmağı öyrənərək kahin və məmur ola bilərdilər. Şumer qadınları bir çox qonşu xalqlardan fərqli olaraq daha çox hüquqlara malik idi.
|
İlk imperiya
Şumer şəhər-dövlətləri arasında mübarizə onların zəifləməsinə səbəb oldu. Düzənlik
ərazidə yerləşməsi Şumer şəhər-dövlətlərinin xarici hücumlardan müdafiəsini
çətinləşdirirdi. Şumer şəhər-dövlətlərinin şimalında akkadlar yaşayırdı. Təxminən e.ə. XXIV yüzillikdə akkadların başçısı Sarqon Şumer şəhər-dövlətlərini işğal etdi.
Akkadlar Şumer sivilizasiyasının əksər nailiyyətlərini mənimsədilər. Sarqonun işğalları bu sivilizasiyanın Mesopotamiyadan kənarda daha da yayılmasına kömək etdi. Sarqon Mesopotamiyanın şimalı və cənubu üzərində nəzarəti ələ keçirməklə dünya tarixinin ilk imperiyasını yaratdı. Bu dövlət daxili münaqişələr, fasiləsiz işğalçı müharibələr və quraqlıq səbəbindən tənəzzülə uğradı.
|
Qədim Azərbaycan tayfalarından olan kutilərin hücumları nəticəsində Akkad imperiyası süqut etdi. Onların bir əsrlik hakimiyyəti dövründə Mesopotamiyada nisbətən sabitlik yarandı. Kutilərin Mesopotamiyada hakimiyyətinə son qoyulduqdan sonra Şumer şəhər-dövlətlər arasında yenidən müharibələr dövrü başlandı.
Hammurapi
qanunları Təxminən e.ə. II minilliyin əvvəllərində amoreylər adlanan köçəri tayfalar Mesopotamiyaya hücum etdilər. Onlar şumerləri məğlub edərək Fərat çayı üzərində Babil adlı şəhər-dövlət qurdular. Hammurapinin (1792-1750) hakimiyyəti dövründə Babil Mesopotamiyanın böyük hissəsində nəzarəti ələ keçirmişdi. Hammurapi 282 maddədən ibarət "Qanunlar toplusu" ilə məşhurdur. Bu toplu şumerlərin qanunları əsasında hazırlanmışdır. Hammurapi qanunları sonrakı dövrdə müxtəlif dövlətlər üçün də əsas olmuşdur. Cinayətlərə görə cəzalar ağır idi və onlar qurbanın sosial təbəqəsinə görə dəyişirdi. Bundan əlavə, qanunlar |
|
qadınları və uşaqları ədalətsiz rəftardan qorumağa çalışırdı. Qanunlar hər kəsə şamil edilsə də, varlı və kasıb, kişi və qadın üçün fərqli cəzalar təyin edirdi. |