Hind miniatür rəssamlıq məktəbinin ən yaxşı nümunələri
isə həmin dövrün bizə gəlib
çatan kitablarında öz əksini
tapmışdır. Hindli sənətkarların
toxuduqları incə və bəzəkli parçalar göz oxşayır, ürək
açırdı. Rəqs, musiqi ölkənin ən
inkişaf etmiş sənət sahələri idi.
İncə, gözəl zövqə malik olan
Çin sənətkarları və rəssamlarının sümükdən və mərmərdən
hazırladıqları əşyalar əsl sənət
əsərləri idi. Çin rəssamları
ölkədə toxunan parçalara
mürəkkəb, lakin insanın ruhunu və gözünü oxşayan incə
naxışlar vururdular.
Çin incəsənətinə, o cümlədən
memarlığına Avropa ölkələrində tətbiq edilən yeni forma
və üsullar ciddi təsir göstərə
bilməmişdi.
Dövrün ideyaları rəssamların əsərlərində də öz əksini
tapmışdı. Florensiyada yaşayan Rafael dövrünün görkəmli
rəssamlarından biri sayılırdı.
Rafaelin ən məşhur əsəri
"Məryəm ana"dır.
Jak Lui Davidin "Marat", "Brut"
və digər rəsmləri ona böyük
şöhrət qazandırmışdı.
|
|
Azərbaycanın məşhur
miniatür rəssamlarından
kimləri tanıyırsınız?
|
XVIII yüzillik türk musiqisinin
yüksəliş dövrü hesab edilir. Türk
musiqisi Avropa musiqisinin
inkişafına böyük təsir göstərmişdir. Musiqinin inkişafı bu
dövrün sultanlarının bu sahəyə
olan maraqları ilə bağlı idi.
Volfqanq Amadey Motsart
Avropada dinin təsiri azaldıqdan sonra incəsənətin bütün
sahələrində inkişaf nəzərə
çarpmağa başladı. Bu inkişaf
musiqi sahəsində də özünü
göstərdi. Alman bəstəkarı İ.Bax,
avstriyalı V.Motsart bu dövrün
görkəmli bəstəkarları idi. Motsartın "Don Juan", "Fiqaronun
toyu" operaları hazırda da
gözəl musiqi əsərləri hesab
edilir.
|
XVIII yüzillikdə Avropanın
bir çox ölkələrində muzeylər ictimai həyatın ayrılmaz
hissəsinə çevrilmişdi. Onların
təşkil olunması həmin ölkələrdə
mədəniyyətə verilən dəyərin
bariz nümunəsi idi. Bu dövrdə
Londonda açılmış Britaniya
muzeyində ibtidai dövrlərdən
başlayaraq Avropa və Asiyanın
orta əsrlər incəsənətinə aid
əsərlər, mədəniyyət nümunələri
toplanmışdı. Zəngin kolleksiyası olan bu muzeyin 6 milyon
eksponatı vardır.
Avropada zəngin, möhtəşəm
incəsənət məbədlərindən
biri Fransanın Luvr muzeyidir.
Keçmişdə kral sarayı olmuş bu
bina 1793-cü ildə muzey kimi
xalqın xidmətinə verilmişdir.
Rusiyada ilk muzeyin əsasını
I Pyotr qoymuşdur. Bu muzey
Kunstkamera adlanırdı.
|
Sizcə, Afrika və Asiyanın
qiymətli əsərləri nə üçün
Avropanın məşhur muzeylərində sərgilənir?
|
|
Muzeylərin dövlət və xalq
üçün əhəmiyyəti barədə
referat hazırlayın.
|
|