Hindistanda memarlığın inkişafı yüksək səviyyəyə çatmışdı.
Memarlıq abidələri içərisində
məscidlərin xüsusi yeri vardı. Dehlidəki Cümə məscidi
və digər məscidlər ən yaxşı
memarlıq nümunələri sayılırdı.
İslam mədəniyyətinin təsiri
altında XVII yüzillikdə gözəl
memarlıq nümunələri yaradılmışdı. Böyük Moğol hökmdarı
Cahan şahın arvadı Mümtaz
Mahal Banu Bəyimin şərəfinə
ucaldılan Tac Mahal məqbərəsi
Hindistanın incisi hesab edilir.
|
Sizcə, Tac Mahal məqbərəsi hansı xüsusiyyətlərinə görə islam memarlıq
nümunələrini xatırladır?
|
XVII yüzillikdə Çin memarlığında monumental binaların
inşasına başlandı. Pekin sarayı,
Mukdendəki (indi Şenyan)
imperator mavzoleyi də bu
dövrün məhsuludur.
|
İntibah dövrünün dahi xadimlərindən biri Mikelancelo heykəltəraş, rəssam, memar, hərbi
mühəndis və şair olmuşdur. O,
nəhəng bir mərmər parçasında hündürlüyü 5,5 metr olan
"David" heykəlini yonmuşdu.
Bu heykəl Florensiya şəhərinin
himayədarı hesab olunur.
Romadakı Müqəddəs Pyotr
kilsəsi barokko üslubunda inşa
edilmiş memarlıq əsərlərinin
ən yaxşı nümunəsidir. XIV
Lüdoviqin dövründə tikilmiş
məşhur Versal sarayı Fransada
mütləqiyyətin rəmzi idi. Versalın ən məşhur olan Güzgülü
salonun tikilməsi üçün Venesiyadan xüsusi olaraq güzgü
işləri üzrə ustalar gətirilmişdi.
|
Hansı Azərbaycan xanının
sarayında güzgülü salon
olduğunu xatırlayın.
|
Moskvada Qızıl meydandakı
Pokrov kilsəsi orta əsrlər rus
memarlığının zirvəsidir. Bu
kilsəni Vasili Blajennı məbədi
adlandırırlar.
Bu dövrdə Avropa memarlığı
Rusiya memarlığına öz təsirini
göstərirdi. Ölkəsini avropalaşdırmaq niyyətində olan I Pyotr
|
yeni paytaxtın - Sankt-Peterburqun tikilməsi üçün Avropadan bir sıra tanınmış memarlar
dəvət etmişdi.
II Yekaterinanın zamanında
Rasstrelli və Rossi kimi memarlar "Şimali Venesiya" adlandırılan bu şəhərdə bir sıra
memarlıq inciləri yaratmışlar.
Onların arasında Qış sarayı
xüsusilə seçilirdi.
|
I Pyotrun hakimiyyəti dövründə Rusiyanın mədəni
həyatına daxil edilmiş yeniliklər haqqında məlumat
toplayın və təqdim edin.
|
Həmin dövrdə Osmanlı rəssamları, əsasən, miniatür əsərlərə üstünlük verirdilər. Levni
dövrün məşhur rəssamı idi.
Levninin "Gül qoxulayan qız"
miniatürü
|