Sel suları çəkildikcə lillə örtülən
münbit torpaqlarda əkinçilər
taxıl əkir, əkin sahələrini çay suyu ilə suvarırdılar. Əldə edilən bol məhsul kəndlərin inkişafına imkan verirdi. Mesopotamiya- nın təbii mühitinin çətinlikləri şumerlərin özünəməxsus təşkilatlanmasına səbəb oldu. Quraqlıq zamanı əkin sahələrini su ilə təmin etmək üçün çaylardan suvarma arxları qazılmağa başlandı. Yaşayış məskənlərini qorumaq üçün çiy kərpiclə divarlar hörülürdü. Şumerlər əldə etdikləri məhsulları, parçaları və sənətkarlıq alətlərini qonşu bölgələrin əhalisi ilə mübadilə edirdilər. Mesopotamiya sivilizasiyasının yaradıcıları şumerlər olmuş, onların təcrübə və nailiyyətlərindən sonralar digər xalqlar bəhrələnmişdir. Şumerlərə məxsus bir çox sözlər türk dilinə uyğundur. Ona görə də bir çox tarixçilər onları qədim türklərin əcdadları hesab edir.
E.ə. IV minillikdə şumerlər əkin sahələri ilə əhatə olunmuş bir sıra şəhərlər yaratdılar. Genişlənən şəhərlər ətraf kəndlərə siyasi və iqtisadi cəhətdən nəzarət etməyə başladı. Şumer sivilizasiyasının |
əsas göstəricilərindən olan
şəhər-dövlətlər yarandı. Hər
bir şəhər və onun nəzarət etdiyi
ətraf ərazi bir şəhər-dövləti
təşkil edirdi. Müstəqil
olan bu şəhər-dövlətlər eyni
mədəniyyətə malik olsalar da,
hər birinin öz hökmdarı var
idi. Şumerlər Eredu, Uruk,
Kiş, Laqaş, Umma, Ur və s.
şəhər-dövlətlər qurmuşdular. Şumer şəhərləri divarlarla və müdafiə qüllələri ilə əhatə olunmuşdu. Şumer şəhərlərindəki Zikkurat adlanan məbədlər nəhəng pillələr formasında idi. Zikkuratların da tikintisində çiy kərpicdən istifadə olunurdu. Əkinçilik və sənətkarlığın inkişafı şumerlərə qonşu ölkələrlə ticarət əlaqələrinin genişləndirməsinə imkan verdi. Bu isə mədəniyyətlərarası qarşılıqlı əlaqələrin yaranmasına səbəb oldu. Sonralar assuriyalılar, finikiyalılar və yəhudilər erkən şumerlərin bir çox maddi və mənəvi nailiyyətlərini mənimsədilər.
|
Sosial-iqtisadi
həyat Şumer şəhərləri əvvəllər məbəd kahinləri tərəfindən idarə olunurdu. Şumerlər kahinlərin şəhərləri tanrıların adından idarə etdiyinə inanırdılar. Bu isə şumer idarəetməsinin teokratiyaya* əsaslandığını göstərir.
*Teokratiya
yunan dilindəki “teos" (Tanrı) və “kratos" (idarə etmək) sözlərindən əmələ gəlib, cəmiyyət məsələlərinin dini qanunlarla həll edildiyi idarəetmə sistemidir. Kahinlər hər bir əkinçidən məhsulunun bir hissəsini vergi olaraq alırdılar. Müharibə zamanı şəhər əhalisi hərbi başçı seçirdi. Sonralar şəhərlər arasında müharibələrin artması tədricən hərbi başçıların hökmdara çevrilməsinə səbəb oldu. Bu hökmdarlar, bir qayda olaraq, öz səlahiyyətlərini oğullarına verirdilər. Beləliklə, hakimiyyət irsən keçməyə başladı. Şumerlər hakimiyyətin ilahi mənşəli olduğuna, yəni hökmdarların səlahiyyətlərini tanrılardan aldığına inanırdılar. Hökmdarlar hakimiyyətlərini möhkəmləndirmək və ilahi mənşəli olduğunu əsaslandırmaq üçün yazılı qanunlar verdilər. Tarixdə ilk yazılı qanunlar şumerlər tərəfindən yaradılmışdır. |